Məhkəmə qərarları › İş №e-2(055)-556/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-556/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-556/2025 19.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7693,69 manat borcun və ödənilmiş 96,94 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Saatlı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Nabat kəndi ərazisində 20 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 20076.59 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 300.8 manat məbləğində çöpdoğrama, 1064.00 manat məbləğində 1-ci şum, 680.00 manat məbləğində malaçəkmə, 287.00 manat məbləğində çiyid səpini, 1247.68 manat məbləğində çiyid, 478.4 manat məbləğində kultivasiya, 229.50 manat məbləğində gübrə ilə kultivasiya , 182.00 manat məbləğində dərman səpini, 1875.00 manat məbləğində 1-ci pambıq yığımı ,954.00 manat məbləğində 2-ci pambıq yığımı, 8500.00 manat məbləğində avans vəsait, 2366.21 manat məbləğində dərmangübrə, 1912.00 manat məbləğində əlavə xərc-cəmi:20076.59manat məbləğində iş görülmüş, xidmət göstərimiş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 13094.65 kq-9104.69 manat məbləğində xam-pambıq təhvil vermiş, 3278.21 manat subsidiyadan ödənilmiş bununla da çəkilmiş xərcdən iddiaçıya 7693.69 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhəmə iclasında Cavabdeh iddianı müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə müqaviləni o, bağlasa da, faktiki işləri atası Vaqif görmüşdür. Atası da 2022-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən isə 2022-ci ildən bu yana borclu olması barədə ona heç bir məlumat verilməmişdir. Hazırda, İddiaçı MMC ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Belə ki, sonuncu dəfə ona 2022-ci ilin fevral ayında iddiaçı tərəfindən bildiriş göndərilmişdir. Həmin vaxtadan isə 3 il keçəndən sonra yəni 2025-ci ilin mart ayında iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəməyə vəsatət göndərərk bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə MM-də nəzərdə tutulmayan lakin, ona zidd olmayan müqavilələr bağlaya və bu müqavillərin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 374 maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydaları Mülki Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi mtənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 24 iyun 2005-ci il tarixli Qanunla iddia müddətlərinin müəyyənləşdirilməsi və onların hesablanması qaydalarını tənzim edən müddəaya dispozitiv xarakter verilmiş və müqavilədə qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Bununla, 01 noyabr 2005-ci ildən tərəflər müqavilədə Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətlərindən və onların hesablanması qaydalarından fərqli müddətlər və qaydalar tətbiq etmək hüququ əldə etdilər. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı və cavabdeh arasında bağlanmış “Xam pambığın alqı-satqısına dair 148 saylı xx.xx.2021-ci il tarixli müqavilə Mülkiqanuvericiliyin tələblərinə uyğun, tərəflərin sərbəst iradə ifadəsidir. Müqavilənin 7- ci bəndində nəzərdə tutulmuş müqavilənin müddətinə gəldikdə isə "müqavilənin imzalandığı gündən quvvəyə minməsi və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədə olması nəzərdə tutulmuşdur. Ona görə də müqavilədə müddət nəzərdə tutulmasaydı, iddia müddətləri və onun hesablanması qaydası Mülki Məcəllənin 374 maddəsinə uyğun müəyyənləşdirilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh xam pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəkilində pul verməyi, eyni zamanda, Cavabdeh müqavilə üzrə Saatlı rayonu Nabat kəndində 20 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.. İşdə olan xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktdan görünür ki, Müqavilə üzrə Cavabdeh İddiaçınə 7693,69 manat borcu vardır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İsalı X2 rayonu, Nabat kəndi ərazisində 20 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində iddiaçı tərəfindən cavabdehə xam pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəkilində 20076.59 manat pul verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 13094.65 kq-9104.69 manat məbləğində xam-pambıq təhvil vermiş, 3278.21 manat subsidiyadan ödənilmiş, bununla da çəkilmiş xərcdən iddiaçıya 7693.69 manat məbləğində borcu qalmışdır. Ona görə də, İddiaçı Cavabdeh 7693,69 manat borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda iş materiallarında olan sübutların məcmusu ilə (müqavilə, akt) İddiaçı tərəfindən Cavabdeh xam pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəkilində 20076.59 manat pul verildiyi, cavabdehin isə müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 13094.65 kq-9104.69 manat məbləğində xam-pambıq təhvil verdiyi, 3278.21 manat subsidiyadan ödənildi, bununla da çəkilmiş xərcdən iddiaçıya 7693.69 manat məbləğində borcu qaldığı müəyyən edilmiş, Yuxarıda göstərilən halları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı sözügedən borcun Cavabdeh tutulmasına dair iddia tələbi əsaslıdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçının iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilənin öhdəliklər tam icra edilənədək qüvvədə olması nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini hələ də icra etmədiyi üçün müqavilə öz hüquqi qüvvəsini saxlamaqdadır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımı bu öhdəliklər tam icra edildikdən sonra başlanmalıdır. Tərəflər arasında bağlanmış Xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 148 saylı müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandıqdan sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı özünün qüvvədə olan xx.xx.2021ci il tarixli, 148 saylı müqavilədən irəli gələn hüququnu pozulmuş hesab edərək məhkəməyə iddia ilə müraciət etdiyi halda, elə həmin müqavilənin müddətinin bitməməsi əsas gətirilərək cavabdehi bu iddiaya qarşı qanunun ona imkan verdiyi bütün vasitələrlə, o cümlədən iddia müddətini tətbiq etməklə özünü müdafiə etmək hüququndan məhrum etmək ədalətli və əsaslı edilə bilməz. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımının bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmasına dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlil ümumiyyətlə reallıqdan uzaqdır. Belə ki, borclu öz öhdəliklərini tam yerinə yetirdikdən sonra kreditorun hər hansı hüququ pozulmuş olmur. Bu səbəbdən də pozulmamış hüquq üzrə iddia qaldırılmasına və müvafiq olaraq həmin tələb üzrə iddia müddətinin tətbiqinə hər hansı lüzum qalmır. İş materiallarında olan sənədlərdən, eləcə də tərəflərin izahatlarından isə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə üzləşmə aparılmış və həmin tarixdə tərtib edilmiş aktla Cavabdeh İddiaçınə 7693,69 manat borcu olduğu müəyyən olunmuşdur. Daha sonra, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərilərək müqavilə üzrə borcun qısa müddət ərzində ödənilməsi xahiş olmuşdur. Cavabdeh tərəfindən qeyd edilən bildiriş xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Hazırki iş üzrə, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə öhdəliyin icrası müddəti göstərilmədiyindən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaya əsasən cavabdeh tərəfindən öhdəlik bildirişi aldığı vaxtan yeddi gün müddətində yəni, xx.xx.2022-ci il tarixədək icra etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxt xx.xx.2022ci il hesab olunmalıdır. Bundan başqa, iş materiallarında olan sübutlara əsasən iddia axımını başlandığı vaxtdan etibarən cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsi üçün əsas olan halların baş verməsi müəyyən edilmir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddia müddətinin axımı xx.xx.2022ci il tarixdən başladığı halda iddia müddəti ən geci xx.xx.2025-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırkı iddianı 2025-ci ilin mart ayının 19-da vermiş və bununla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, borcun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 96,94 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 96,94 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar