Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-565/2025 02.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2252,55 manat əsas borc, 455,45 manat cərimə və 47,08 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2755,08 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 may 2024-cü il tarixli 003-DFM-0421-24 saylı və 25 may 2024-cü il tarixli 003-DFM- 0463-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 600 manat dəyərində «Samsung A155 128GB» və 1 ədəd 2729 manat dəyərində «Məişət əşyası» adlı mallarla cavabdehi təmin etmişdir. 003-DFM-0421- 24 saylı müqavilənin 01 saylı əlavəsi üzrə cavabdeh tərəfindən 600 manat məbləğin 12 ay müddətinə və 003-DFM-0463-24 saylı müqavilənin 01 saylı əlavəsi üzrə cavabdeh tərəfindən 2729 manat məbləğin 12 ay müddətinə hissəli ödənişi nəzərdə tutulmuşdur. 003-DFM-0421-24 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 04 may 2024-cü il tarixdən etibarən 12 təqvim ayı müddətində hər ayın 04-cü müqavilə üzrə təchiz edilmiş mala görə 45 manat məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 06 tarix üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM-0463-24 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 25 may 2024-cü il tarixdən etibarən 12 təqvim ayı müddətində hər ayın 25-i müqavilə üzrə təchiz edilmiş mala görə 227 manat (sonuncu ayda 232 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 06 tarix üzrə hər hansı vəsait ödəməmişdir. Cavabdeh iddiaçıya 003-DFM-0421-24 saylı müqavilə üzrə dəyəri 600 manat mala görə 243 manat ödəniş etmiş, ödənilmiş ödənişin 180,75 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 2,25 manat məbləğ isə müqavilə üzrə hesablanmış cərimə borcu məbləğindən silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 003-DFM- 0421-24 saylı müqavilə üzrə 359,25 manat əsas borc və 99,75 manat cərimə borcu olmaqla cəmi 459 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin 003-DFM-0463-24 saylı müqavilə üzrə dəyəri 2729 manat təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 1053 manat ödəniş edilmiş və ödənişin 835,70 manat hissəsi əsas borcdan, 217,30 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 003-DFM-0463-24 saylı müqavilə üzrə 1893,30 manat əsas borc və 355,70 manat cərimə borcu olmaqla, cəmi 2249 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 003-DFM-0421-24 saylı müqavilə üzrə iddiaçıya 359,25 manat əsas borc, 99,75 manat cərimə, cəmi 459 manat, 003-DFM-0463-24 saylı müqavilə üzrə isə 1893,30 manat əsas borc və 355,70 manat cərimə borcu olmaqla, cəmi 2249 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 may 2024-cü il tarixli 003-DFM-0421-24 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd ümumi dəyəri 600 manat olan «Samsung A155 128GB» markalı telefona görə İddiaçınə 12 ay müddətinə hər ay 45 manat olmaqla, cəmi 600 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən «Samsung A155 128GB» markalı telefon cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 25 may 2024-cü il tarixli 003-DFM-0463-24 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd ümumi dəyəri 2729 manat olan «Məişət əşyası» adlı mala görə İddiaçınə 12 ay müddətinə hər ay 227 manat, sonuncu ay isə 232 manat olmaqla, cəmi 2729 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən «Məişət əşyası» adlı malı telefon cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 15 yanvar 2025-ci il tarixli 188 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 04 may 2024-cü il tarixli 003-DFM-0421-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 15 yanvar 2025-ci il tarixə 359,25 manat əsas borcu, 99,75 manat cərimə borcu qalmışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli 187 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 25 may 2024-cü il tarixli 003-DFM-0463-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 15 yanvar 2025-ci il tarixə 1893,30 manat əsas borcu, 355,70 manat cərimə borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 may 2024-cü il tarixli 003-DFM-0421-24 saylı və 25 may 2024-cü il tarixli 003-DFM-0463-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 600 manat dəyərində «Samsung A155 128GB» və 1 ədəd 2729 manat dəyərində «Məişət əşyası» adlı mallarla cavabdehi təmin etmişdir. Cavabdeh 04 may 2024-cü il tarixli müqavilə üzrə cəmi 243 manat ödəniş etmiş, ardıcıl iki dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir, 25 may 2024-cü il tarixli müqavilə üzrə isə cəmi 1053 manat ödəniş etmiş, ardıcıl üç dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin ümümilikdə müqavilələr üzrə iddiaçıya 2252,55 manat əsas borc, 455,45 manat cərimə, cəmi 2755,08 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 04 may 2024-cü il tarixli müqavilə üzrə 359,25 manat əsas borcu, 99,75 manat manat cərimə, 25 may 2024-cü il tarixli müqavilə üzrə 1893,30 manat əsas borcu, 355,70 manat manat manat cərimə, ümumilikdə iki müqavilə üzrə cəmi 2252,55 manat borcun, 455,45 manat cərimə borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas borc və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 04 may 2024-cü il tarixli 003-DFM-0421-24 saylı və 25 may 2024-cü il tarixli 003-DFM-0463-24 saylı hər iki müqavilə üzrə tələb olunan ümumilikdə 455,45 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 225 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2252,55 manat əsas borc, 225 manat cərimə, cəmi 2477,55 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 47,08 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47,08 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2252,55 manat əsas borc, 225 manat cərimə, cəmi 2477,55 (iki min dörd yüz yetmiş yeddi manat əlli beş qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47,08 (qırx yeddi manat səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-565/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-565/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver