Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-566/2025 24.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 311,4 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 31,14 manat cərimənin, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1222,56 manat əsas borcun, 122,26 manat cərimənin və 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə 166,32 manat əsas borcun, 16,63 manat cərimənin, cəmi 1893,91 manat borcun və 38,94 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,4 manat olan İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 50,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1222,56 manat olan HOFFMANN TV, BABYSOFT-YUMŞAQ 2 YERLİ, GREY-GENC ÇARPAYİ, MİKRODALĞALİ SOBA GORENJE, MATRAS-FLORA almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 6,93 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 166,32 manat olan MİNİ SOBA MAGNA, MİKSER PHİLİPS almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 311,4 manat, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 1222,56 manat, 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 166,32 manat, cəmi 1700,28 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 31,14 manat, 122,26 manat və 16,63 manat, cəmi 170,29 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 311,4 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 31,14 manat cərimə, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1222,56 manat əsas borc, 122,26 manat cərimə və 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə 166,32 manat əsas borc, 16,63 manat cərimə, cəmi 1893,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 oktyabr 2024-cü il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,3 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,4 manat olan İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 18 noyabr 2024-cü il tarixli, 05915460 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 50,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1222,56 manat olan HOFFMANN TV, BABYSOFT-YUMŞAQ 2 YERLİ, GREY-GENC ÇARPAYİ, MİKRODALĞALİ SOBA GORENJE, MATRAS-FLORA alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 noyabr 2024-cü il tarixli, 05915578 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 6,93 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 166,32 manat olan MİNİ SOBA MAGNA, MİKSER PHİLİPS alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 mart 2025-ci il tarixli təhvil-təslim aktından və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2025-ci il tarixli arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat rüsum ödənilmişdir. İşdə olan 12 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 16 oktyabr 2024-cü il tarixli, 18 noyabr 2024-cü il tarixli və 23 noyabr 2024cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 18 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 311,4 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 31,14 manat cərimə, 18 noyabr 2024cü il tarixli müqavilə üzrə 1222,56 manat əsas borc, 122,26 manat cərimə və 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə 166,32 manat əsas borc, 16,63 manat cərimə, ümumilikdə 1893,91 manat borcu vardır. Cavabdeh hər üç müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,4 manat olan İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 50,94 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1222,56 manat olan HOFFMANN TV, BABYSOFT-YUMŞAQ 2 YERLİ, GREY-GENC ÇARPAYİ, MİKRODALĞALİ SOBA GORENJE, MATRAS-FLORA almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 6,93 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 166,32 manat olan MİNİ SOBA MAGNA, MİKSER PHİLİPS almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 311,4 manat, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 1222,56 manat, 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 166,32 manat, cəmi 1700,28 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********84827 “XİAOMİ REDMİ A3” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 31,14 manat, 122,26 manat və 16,63 manat, cəmi 170,29 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 311,4 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 31,14 manat cərimə, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1222,56 manat əsas borc, 122,26 manat cərimə və 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə 166,32 manat əsas borc, 16,63 manat cərimə, cəmi 1893,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 311,4 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumunun, 31,14 manat cərimənin, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1222,56 manat əsas borcun, 122,26 manat cərimənin və 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə 166,32 manat əsas borcun, 16,63 manat cərimənin, cəmi 1893,91 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən üç müqavilə üzrə ümumilikdə tələb olunan 170,03 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 85,01 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 311,4 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 15,57 manat cərimə, 18 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1222,56 manat əsas borc, 61,13 manat cərimə və 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 166,32 manat əsas borc, 8,31 manat cərimə, cəmi 1808,89 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 38,94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 311,4 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 15,57 manat cərimə, 18 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1222,56 manat əsas borc, 61,13 manat cərimə və 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 166,32 manat əsas borc, 8,31 manat cərimə, cəmi 1808 (bir min səkkiz yüz səkkiz) manat 89 (səksən doqquz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-566/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-566/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver