Məhkəmə qərarları › İş №e-2(055)-576/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-576/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-576/2025 24.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 320,04 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 32 manat cərimənin və 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 366,48 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 32 manat cərimənin, 36,65 manat cərimənin, cəmi 802,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 26,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 320,04 manat olan İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,36 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 366,48 manat olan İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 320,04 manat, 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 366,48 manat, cəmi 686,52 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon və İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 32 manat və 36,65 manat, cəmi 68,65 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 320,04 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32 manat cərimə və 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 366,48 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 36,65 manat cərimə, cəmi 802,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 oktyabr 2024-cü il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 26,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 320,04 manat olan İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 noyabr 2024-cü il tarixli, 18666637 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,36 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 366,48 manat olan İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 04 mart 2025-ci il tarixli təhvil-təslim aktından və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 mart 2025-ci il tarixli arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon və İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat rüsum ödənilmişdir. İşdə olan 12 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 22 oktyabr 2024-cü il tarixli və 01 noyabr 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 17 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 320,04 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 32 manat cərimə və 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 366,48 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 36,65 manat cərimə, ümumilikdə 802,37 manat borcu vardır. Cavabdeh hər iki müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 26,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 320,04 manat olan İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,36 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 366,48 manat olan İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 320,04 manat, 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 366,48 manat, cəmi 686,52 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********60002 “Honor X6B” markalı telefon və İMEİ KODU **********11460 “XİAOMİ REDMİ 14C” markalı telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 32 manat və 36,65 manat, cəmi 68,65 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 320,04 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32 manat cərimə və 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 366,48 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 36,65 manat cərimə, cəmi 802,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 320,04 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumunun, 32 manat cərimənin və 01 noyabr 2024-cü il tarixli müqavilə üzrə 366,48 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumunun, 36,65 manat cərimənin, cəmi 802,37 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 320,04 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 32 manat cərimə və 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 366,48 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumu, 36,65 manat cərimə, cəmi 802,37 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 26 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 320,04 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32 manat cərimə və 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 366,48 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 36,65 manat cərimə, cəmi 802 (səkkiz yüz iki) manat 37 (otuz yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar