Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-605/2025 08.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24 aprel 2023-cü il tarixli, 8MKK6337370 saylı borc müqaviləsi üzrə 588 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 618 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 24 aprel 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 648 manat olan məişət avadanlığı almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 588 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilə üzrə 588 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 618 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 648 manat dəyərində məişət avadanlığını ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 54 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək müqavilənin qüvvədə olmasına razılaşmışlar. İşdə olan 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh XİAOMİ REDMİ NOTE 11S 8/128GB GRAY markalı məişət avadanlığını İddiaçındən təhvil almışdır. İşdə olan 08 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilə üzrə 588 manat borcu vardır. İşdə olan 03 aprel 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı borc müqaviləsi üzrə ödənilməmiş qalan 588 manat borcun üç iş günü müddətində qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqaviləyə əsasən dəyəri 648 manat olan məişət avadanlığını cavabdeh iddiaçıdan almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 588 manat borcu qalmışdır. İddiaçı tərəfindən vaxtında qaytarılmayan borc üçün cərimə məbləği cavabdehdən tələb edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilə üzrə 588 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 588 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilə üzrə 588 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 02 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 aprel 2023-cü il tarixli 8MKK6337370 saylı müqavilə üzrə 588 (beş yüz səksən səkkiz) manat borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-605/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-605/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver