Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-62/2024 23.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 fevral 2019cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 136 manat əsas borc, 40 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 550 manat əsas borc, 165 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 840 manat əsas borc, 251 manat cərimə borcu, hər üç müqavilə üzrə cəmi, 1982 manat borc və 40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən ödənişlər edilməsi ilə əlaqədar hazırda cavabdehin 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 96 manat əsas borc, 40 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 510 manat əsas borc, 165 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 800 manat əsas borc, 251 manat cərimə borcunun olmasını göstərmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, RSK568372 saylınisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1425 manat dəyərində olan bir ədəd “Beko” markalı paltaryuyanı 24 ay müddətinə, hər ay 57 manat ödəmək şərti ilə, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylınisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1925 manat dəyərində olan bir ədəd “Demirdöküm” markalı kombini 24 ay müddətinə, hər ay 77 manat ödəmək şərti ilə, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylınisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1761 manat dəyərində olan bir ədəd “Beko” markalı qabyuyanı 24 ay müddətinə, hər ay 65 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1425 manat dəyərində olan bir ədəd “Beko” markalı paltaryuyanı 24 ay müddətinə, hər ay 57 manat ödəmək şərti ilə, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylınisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1925 manat dəyərində olan bir ədəd “Demirdöküm” markalı kombini 24 ay müddətinə, hər ay 77 manat ödəmək şərti ilə, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylınisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1761 manat dəyərində olan bir ədəd “Beko” markalı qabyuyanı 24 ay müddətinə, hər ay 65 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. İddia tələbinin əsas borc hissəsi ilə razıdır. Lakin iddianın dəbbə pulu hissəsi ilə razı deyil. Dəbbə pulu yüksək məbləğdə hesablanmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 24 ay müddətinə hər ay 57 manat ödəməklə ümumi nisyə məbləği 1425 manat olan “Beko” markalı paltaryuyanın alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 24 ay müddətinə hər ay 77 manat ödəməklə ümumi nisyə məbləği 1925 manat olan “Demirdöküm” markalı kombinin alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 24 ay müddətinə hər ay 65 manat ödəməklə ümumi nisyə məbləği 1761 manat olan “Beko” markalı qabyuyanın alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 96 manat əsas borc, 40 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 510 manat əsas borc, 165 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 800 manat əsas borc, 251 manat cərimə borcu, hər üç müqavilə üzrə cəmi, 1862 manat borcu vardır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1425 manat dəyərində olan bir ədəd “Beko” markalı paltaryuyanı 24 ay müddətinə, hər ay 57 manat ödəmək şərti ilə, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1925 manat dəyərində olan bir ədəd “Demirdöküm” markalı kombini 24 ay müddətinə, hər ay 77 manat ödəmək şərti ilə, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1761 manat dəyərində olan bir ədəd “Beko” markalı qabyuyanı 24 ay müddətinə, hər ay 65 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 96 manat əsas borc, 40 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 510 manat əsas borc, 165 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 800 manat əsas borc, 251 manat cərimə borcu, hər üç müqavilə üzrə cəmi, 1862 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 96 manat əsas borc, 40 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 510 manat əsas borc, 165 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 800 manat əsas borc, 251 manat cərimə borcu, hər üç müqavilə üzrə cəmi, 1862 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə 96 manat əsas borcun, 40 manat cərimə borcunun, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə 510 manat əsas borcun, 165 manat cərimə borcunun, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə 800 manat əsas borcun, 251 manat cərimə borcunun, hər üç müqavilə üzrə cəmi, 1862 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı müqavilə üzrə tələb olunan 40 manat cərimə (dəbbə pulu) 5 manatadək, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı müqavilə üzrə tələb olunan 165 manat cərimə (dəbbə pulu) 25 manatadək, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı müqavilə üzrə tələb olunan 251 manat cərimə (dəbbə pulu) 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 96 manat əsas borc, 5 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 510 manat əsas borc, 25 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 800 manat əsas borc, 40 manat cərimə borcu, hər üç müqavilə üzrə ümumilikdə 1476 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 96 manat əsas borc, 5 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 510 manat əsas borc, 25 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 800 manat əsas borc, 40 manat cərimə borcu, hər üç müqavilə üzrə ümumilikdə 1476 (bir min dörd yüz yetmiş altı) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. 2(055)-62/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 23 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 fevral 2019-cu il tarixli, RSK568372 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 96 manat əsas borc, 5 manat cərimə borcu, 25 mart 2019-cu il tarixli, RSK5685686 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 510 manat əsas borc, 25 manat cərimə borcu, 06 avqust 2019-cu il tarixli, RSK5722783 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 800 manat əsas borc, 40 manat cərimə borcu, hər üç müqavilə üzrə ümumilikdə 1476 (bir min dörd yüz yetmiş altı) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40(qırx) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-62/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-62/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver