Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-637/2024 24.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 mart 2023-cü il tarixli müqavilə üzrə 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli müqavilə üzrə 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqavilə üzrə 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 manat pulun və 46.54 ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 12 ay müddətinə hər ay 87.42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1049.04 manat olan “Samsung Galaxy Z Flip3” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 34.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 624.96 manat olan «Toshiba LED» markalı televizov və “Sonorous Surefix” asqıalmışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 60.01 manat olmaqla, 18 ay müddətinə hər ay 85.44 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1597.93 manat olan «Samsung Led TV» markalı televizor almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 859.05 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə cəmi 2412.88 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 53.84 manat, 42.20 manat və 145.08 manat, cəmi 241.12 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 04 mart 2023-cü il tarixli müqavilə üzrə 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli müqavilə üzrə 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqavilə üzrə 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 manat pulun və 46.54 ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 mart 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 87.42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1049.04 manat olan “Samsung Galaxy Z Flip3” markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 mart 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 34.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 624.96 manat olan “Toshiba LED” markalı televizor və “Sonorous Surefix” asqının alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 iyul 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 60.01 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 85.44 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1597.93 manat olan «Samsung Led TV» markalı televizorun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 mart 2023-cü il tarixli müqavilə üzrə 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli müqavilə üzrə 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqavilə üzrə 1457.92 manat əsas borc, 145.08 manat cərimə, ümumilikdə ödənilməmiş 2654 manat borcu qalmışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 859.05 manat ödəniş etmişdir. İşdə olan 18 mart 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 04 mart 2023-cü il tarixli, 06 mart 2023-cü il tarixli və 01 iyul 2023-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 87.42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1049.04 manat olan “Samsung Galaxy Z Flip3” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 34.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 624.96 manat olan «Toshiba LED» markalı televizor və “Sonorous Surefix” asqı almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 60.01 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 85.44 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1597.93 manat olan «Samsung Led TV» markalı televizor almışdır. Lakin Cavabdeh 04 mart 2023-cü il tarixli, 06 mart 2023-cü il tarixli və 01 iyul 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 859.05 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə, cəmi 2412.88 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 53.84 manat, 42.20 manat və 145.08 manat, cəmi 241.12 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 04 mart 2023cü il tarixli müqavilə üzrə 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli digər müqavilə üzrə 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023cü il tarixli müqavilə üzrə 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 04 mart 2023-cü il tarixli müqavilə üzrə 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli digər müqavilə üzrə 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqavilə üzrə 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 04 mart 2023-cü il tarixli müqaviləyə əsasən 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli müqaviləyə əsasən 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqaviləyə əsasən 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 46.54 dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46.54 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 04 mart 2023-cü il tarixli müqaviləyə əsasən 532.16 manat əsas borc, 53.84 manat cərimə, 06 mart 2023-cü il tarixli müqaviləyə əsasən 422.80 manat əsas borc, 42.20 manat cərimə və 01 iyul 2023-cü il tarixli müqaviləyə əsasən 1457.92 manat əsas borc, 145.08 manat cərimə, cəmi 2654 (iki min altı yüz əlli dörd) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46(qırx altı) manat 54(əlli dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-637/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-637/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver