Məhkəmə qərarları › İş №e-2(055)-66/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-66/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-66/2025 23.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, 19 yanvar 2023-cü il tarixli, MPK6346818 saylı borc müqaviləsinə əsasən 3760 manat, 19 yanvar 2023-cü il tarixli, MPK6346819 saylı borc müqaviləsinə əsasən 700 manat, 17 avqust 2023-cü il tarixli, MPK6387278 saylı borc müqaviləsinə əsaəsən 2730 manat olmaqla ümumilikdə, 7190 manat məbləğində pul və 91.90 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7281.90 (yeddi min iki yüz səksən bir manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 19 yanvar 2023-ci il tarixli, müddəti 12 ay olmaqla 19 yanvar 2023-ci il tarixli və müddəti 24 ay olmaqla 17 avqust 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan dəyəri 11540 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 7190 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 19 yanvar 2023-cü il tarixli, MPK6346818 saylı borc müqaviləsinə əsasən 3760 manat, 19 yanvar 2023-cü il tarixli, MPK6346819 saylı borc müqaviləsinə əsasən 700 manat, 17 avqust 2023-cü il tarixli, MPK6387278 saylı borc müqaviləsinə əsaəsən 2730 manat olmaqla ümumilikdə, 7190 manat məbləğində pul və 91.90 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7281.90 (yeddi min iki yüz səksən bir manat doxsan qəpik) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MPK6346818 saylı borc müqaviləsindən görünür ki, bu müqavilə 260 manat ilkin ödəniş ödənilərək 24 ay müddətinə hər ay 235 manat ödəməklə ümumi nisyə məbləği 5900 manat olan məişət avadanlığının alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli MPK6346819 saylı borc müqaviləsindən görünür ki, bu müqavilə 220 manat ilkin ödəniş ödənilərək 15 ay müddətinə hər ay 175 manat ödəməklə ümumi nisyə məbləği 2320 manat olan məişət avadanlığının alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli MPK6387278 saylı borc müqaviləsindən görünür ki, bu müqavilə 395 manat ilkin ödəniş ödənilərək 15 ay müddətinə hər ay 195 manat ödəməklə ümumi nisyə məbləği 3320 manat olan məişət avadanlığının alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixində bağlanmış MPK6346818 saylı müqavilə üzrə ödənilməmiş 3760,00 manat, xx.xx.2023-cü il tarixində bağlanmış MPK6346819 saylı müqavilə üzrə ödənilməmiş 700,00 manat, xx.xx.2023-cü il tarixində bağlanmış MPK6387278 saylı müqavilə üzrə ödənilməmiş 2730,00 manat olmaqla ümumilikdə, 7190,00 manat əsas (qalıq) borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müddəti 15 ay olmaqla 19 yanvar 2023-ci il tarixli,müddəti 12 ay olmaqla 19 yanvar 2023-ci il tarixli və müddəti 24 ay olmaqla 17 avqust 2023- cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 11540 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 7190 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 19 yanvar 2023-ci il tarixli, MPK6346818 saylı borc müqaviləsinə əsasən 3760 (üç min yeddi yüz altımış) manat əsas borc, 19 yanvar 2023-ci il tarixli, MPK6346819 saylı borc müqaviləsinə əsasən 700(yeddi yüz) manat əsas borc, 17 avqust 2023- cü il tarixli, MPK6387278 saylı borc müqaviləsinə əsasən 2730(iki min yeddi yüz otuz)manat əsas borc olmaqla ümumilikdə 7190(yeddi min yüz doxsan)əsas borc,91.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 7281.90(yeddi min iki yüz səksən bir manat doxsan qəpik) manat pulu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 7190 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19 yanvar 2023-cü il tarixli, MPK6346818 saylı borc müqaviləsinə əsasən 3760 (üç min yeddi yüz altımış) manat əsas borc,19 yanvar 2023-cü il tarixli,MPK6346819 saylı borc müqaviləsinə əsasən 700 (yeddi yüz) manat asas borc, 17 avqust 2023-cü il tarixli,MPK6387278 saylı borc müqaviləsinə əsaəsən 2730(iki min yeddi yüz otuz)manat əsas borc olmaqla ümumilikdə 7190 (yeddi min yüz doxsan) pul vəsaiti alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 91,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 19 yanvar 2023-cü il tarixli, MPK6346818 saylı borc müqaviləsinə əsasən 3760 manat,19 yanvar 2023-cü il tarixli, MPK6346819 saylı borc müqaviləsinə əsasən 700 manat, 17 avqust 2023-cü il tarixli, MPK6387278 saylı borc müqaviləsinə əsaəsən 2730 manat olmaqla ümumilikdə, 7190 (yeddi min yüz doxsan) manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91.90 (doxsan bir manat doxsan qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar