Məhkəmə qərarları › İş №e-2(055)-664/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-664/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-664/2025 15.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18 aprel 2023-cü il tarixli, STK6343421 saylı borc müqaviləsi üzrə 2170 manat borc və 42 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2212 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 20 ay olmaqla bağlanmış 18 aprel 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 4860 manat olan məişət avadanlığı almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 2170 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilə üzrə 2170 manat borc və 42 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2212 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 4860 manat dəyərində məişət avadanlığını 520 manat ilkin ödəniş etməklə almış və qalan 4340 manat məbləği 20 ay müddətinə aylıq 217 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək müqavilənin qüvvədə olmasına razılaşmışlar. İşdə olan 18 aprel 2023-cü il tarixli STK6343421 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh REF SAMSUNG RT 43K6000 S8, VC RİFFEL VCB 52B14U, TV LED RİFFEL 40FHD 33 markalı məişət avadanlıqlarını İddiaçındən təhvil almışdır. İşdə olan 15 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilə üzrə 2170 manat borcu vardır. İşdə olan 14 aprel 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı 18 aprel 2023-cü il tarixli STK6343421 saylı borc müqaviləsi üzrə ödənilməmiş qalan 2170 manat borcun üç iş günü müddətində qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 20 ay olmaqla bağlanmış 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqaviləyə əsasən dəyəri 4860 manat olan məişət avadanlığını cavabdeh iddiaçıdan almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 2170 manat borcu qalmışdır. İddiaçı tərəfindən vaxtında qaytarılmayan borc üçün cərimə məbləği cavabdehdən tələb edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilə üzrə 2170 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 2170 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilə üzrə 2170 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 11 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 18 aprel 2023-cü il tarixli STK6343421 saylı müqavilə üzrə 2170 (iki min yüz yetmiş) manat borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar