Məhkəmə qərarları › İş №e-2(055)-695/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-695/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-695/2025 21.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqavilə üzrə 554 manat əsas borcun və 446 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 13 ay müddətinə hər ay 55,38 manat ödəməyi öhdəsinə götürməklə dəyəri 720 manat olan “Samsung Galaxy A13” markalı bir ədəd telefon almışdır. Lakin, Cavabdeh 09 iyun 2023-cü il tarixli müqavilə üzrə borcundan 166 manat ödəniş etdikdən sonra qalan borcunun qaytarılması üçün üzərinə götürdüyü öhdəliklərini yetinə yetirməmiş və nəticədə iddiaçıya 554 manat əsas borcu və 446 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqavilə üzrə 554 manat əsas borcun və 446 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və malın təhvil alınması aktından görünür ki, bu müqavilə 13 ay müddətinə hər ay 55,38 manat ödəməyi öhdəsinə götürməklə dəyəri 720 manat, “Samsung Galaxy A13” markalı telefonun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Cavabdeh İddiaçındən Samsung Galaxy A13” markalı telefonu təhvil almışdır. İşdə olan 28 iyul 2024-cü il tarixli xəbərdarlıqdan və arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsi üzrə 720 manat əsas borcdan 166 manat ödəmiş, qalan 554 manat əsas borcu və 446 manat cərimə borcu ödənilməmiş qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 13 ay müddətinə hər ay 55,38 manat ödəməyi öhdəsinə götürməklə dəyəri 720 manat olan “Samsung Galaxy A13” markalı bir ədəd telefon almışdır. Lakin, Cavabdeh 09 iyun 2023-cü il tarixli müqavilə üzrə borcundan 166 manat ödəniş etdikdən sonra qalan borcunun qaytarılması üçün üzərinə götürdüyü öhdəliklərini yetinə yetirməmiş və nəticədə iddiaçıya 554 manat əsas borcu və 446 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqavilə üzrə 554 manat əsas borcun və 446 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 09 iyun 2023-cü il tarixli müqavilə üzrə 554 manat əsas borcun, 446 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 446 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 28 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsi üzrə 554 manat əsas borc və 28 manat cərimə alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 17 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyun 2023-cü il tarixli, 99011835 saylı alqı-satqı müqaviləsi üzrə 554 manat əsas borc və 28 manat cərimə, cəmi 582 (beş yüz səksən iki) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar