Məhkəmə qərarları › İş №e-2(055)-699/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-699/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-699/2025 16.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549 manat əsas borcun, 4,40 manat məktub pulunun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 594 manat olan “TV LED MASER 43MS4000” markalı televizor almışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə müvafiq olaraq 45 manat ödəniş etsə də, müqavilə üzrə iddiaçıya ödənilməmiş qalan 549 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdirlər. Ona görə də, cavabdehlər X2 və X1 xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549 manat əsas borc, 4,40 manat məktub pulu, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat bank xidmət haqqının alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 594 manat olan “TV LED MASER 43MS4000” markalı televizorun alınması ilə əlaqədar iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan MA692 saylı maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə müvafiq olaraq 45 manat ödəniş etmiş, müqavilə üzrə ümumilikdə 549 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 594 manat olan “TV LED MASER 43MS4000” markalı televizor almışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə müvafiq olaraq 45 manat ödəniş etsə də, müqavilə üzrə iddiaçıya ödənilməmiş qalan 549 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdükləri öhdəliyi tam yerinə yetirməmişdirlər. Ona görə də, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549 manat əsas borc, 4,40 manat məktub pulunun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549 manat əsas borcun alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi 4,40 manat məktub pulunun alınması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4,40 manat məktub pulunun alınmasını tələb etsə də, həmin tələbi təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4,40 manat məktub pulunun alınmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 549 manat əsas borc alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 19 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 549 (beş yüz qırx doqquz ) manat əsas borc alınaraq iddiaçı «SEVGİ MEBEL» mağazasının müdiri İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar