Məhkəmə qərarları › İş №e-2(055)-719/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-719/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-719/2025 05.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 500 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1220 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 500 manat ilkin ödəniş etdikdən sonra qalan borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bundan sonra cavabdeh 220 manat ödəniş etsə də, ödənilməmiş qalan 500 manat borcunu iddiaçıya qaytarmamışdır. İddiaçı ödənilməmiş qalan borcun qaytarılması barədə Cavabdeh son xəbərdarlıq məktubu göndərmiş, cavabdeh 500 manat borcunu qaytarmamışdır. Ona görə də İddiaçı Cavabdeh 500 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı direktoru X2 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh qarşı iddia ərizəsini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 1220 manat dəyərində “İPhone 12 Pro Max 128 GB” markalı telefonu 500 manat ilkin ödəniş etməklə nisyə almış, malın qalan dəyərini isə hər ay 60 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçınə 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 500 manat ödənilməmiş borcu vardır. İşdə olan 24 mart 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh üç gün müddətində 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2024-cü il tarixli BT 9855 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1220 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 500 manat ilkin ödəniş etdikdən sonra qalan borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bundan sonra cavabdeh 220 manat ödəniş etsə də, ödənilməmiş qalan 500 manat borcunu iddiaçıya qaytarmamışdır. İddiaçı ödənilməmiş qalan borcun qaytarılması barədə Cavabdeh son xəbərdarlıq məktubu göndərmiş, cavabdeh 500 manat borcunu qaytarmamışdır. Ona görə də alınaraq İddiaçı Cavabdeh 500 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 500 manatın alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 24 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar