Məhkəmə qərarları › İş №e-2(055)-734/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-734/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-734/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borcun, 23 manat cərimənin, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcun, 19.91 manat cərimənin, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borcun, 1.59 manat cərimənin, cəmi 484 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 27 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 59 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 735 manat olan “Huawei Nova Y90” markalı telefon almışdır. Bundan başqa, 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 860.94 manat olan “X3 11S” markalı telefon üçün ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 47.83 manat ödəməyi öhdəsinə götürməklə iddiaçıdan almışdır. Bundan başqa, 20 avqust 2022-ci tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 5.33 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 95.94 manat olan “Aıwa” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh 15 mart 2023-cü il tarixli, 14 iyul 2022-ci il, 20 avqust 2022-ci il müqavilələr üzrə ümumilikdə 1252.38 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borcun, 23 manat cərimənin, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcun, 19.91 manat cərimənin, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borcun, 1.59 manat cərimənin ümumilikdə 484 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23 manat, 19.91 manat, 1.59 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borcun, 23 manat cərimənin, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcun, 19.91 manat cərimənin, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borcun, 1.59 manat cərimənin, ümumilikdə 484 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 959 manat pul cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X1 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 mart 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 27 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 59 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 735 manat olan “Huawei Nova Y90” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 iyul 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 47.83 manat ödəmək şərti ilə ümumi dəyəri 860.94 manat olan “X3 11S” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 avqust 2022-ci tarixli müqavilədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 5.33 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 95.94 manat olan “Aıwa” markalı qulaqlıqun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 07 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 mart 2023-cü tarixli müqavilə üzrə 236 manat əsas borcu və 23 manat cərimə borcu, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcu, 19.91 manat cərimə borcu, 20 avqust 2022-ci tarixli müqavilə üzrə 13.41 manat əsas borcu və 1.59 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 27 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 59 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 735 manat olan “Huawei Nova Y90” markalı telefon almışdır. Bundan başqa, 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 860.94 manat olan “X3 11S” markalı telefon üçün ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 47.83 manat ödəməyi öhdəsinə götürməklə iddiaçıdan almışdır. Bundan başqa, 20 avqust 2022-ci tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 5.33 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 95.94 manat olan “Aıwa” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh 15 mart 2023cü il tarixli, 14 iyul 2022-ci il, 20 avqust 2022-ci il müqavilələr üzrə ümumilikdə 1252.38 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borcun, 23 manat cərimənin, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcun, 19.91 manat cərimənin, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borcun, 1.59 manat cərimənin ümumilikdə 484 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23 manat, 19.91 manat, 1.59 manat cərimə hesablanmışdır. Halhazırda iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borcun, 23 manat cərimənin, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borcun, 19.91 manat cərimənin, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borcun, 1.59 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borc, 23 manat cərimə, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borc, 19.91 manat cərimə, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borc, 1.59 manat cərimə, ümumilikdə 484 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15 mart 2023-cü il tarixli müqavilə üzrə 236 manat əsas borc, 23 manat cərimə, 14 iyul 2022-ci il tarixli müqavilə üzrə 190.09 manat əsas borc, 19.91 manat cərimə, 20 avqust 2022-ci il tarixli müqavilə üzrə 13.41 manat əsas borc, 1.59 manat cərimə, ümumilikdə 484 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 514 (beş yüz on dörd) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar