Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-750/2024 01.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 95 manat əsas borcun, 14.25 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli, MMV000056 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 198 manat olan nisyə məişət malı almışdır. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olmadan 6 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş sazişə əsasən “X1”nın cavabdehə qarşı olan 198 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı məişət malına görə borcunu tam olaraq ödəməmiş, iddiaçıya ödənilməmiş qalan 95 manat əsas borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 14.25 manat cərimə borcu hesablanmışdır. Ona görə də Cavabdeh 95 manat əsas borcun, 14.25 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. İşdə olan 04 fevral 2023-cü il tarixli, MMV000056 saylı müqavilədən və ona əlavədən görünür ki, müqavilə ümumi dəyəri 198 manat olan nisyə məişət malın alınması ilə əlaqədar “X1” ilə Cavabdeh arasında bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olmadan 6 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 02 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 04 fevral 2023cü il tarixli, MMV000056 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmiş 95 manat əsas borcu, 14.25 manat cərimə borcu vardır. İşdə olan "xxxx" MMC ilə “X1” arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunmuş sazişdən görünür ki, “X1”nın Cavabdeh 198 manat məbləğində borcunu tələb etmək hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X1” ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli, MMV000056 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 198 manat olan nisyə məişət malı almışdır. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olmadan 6 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş sazişə əsasən “X1”nın cavabdehə qarşı olan 198 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı məişət malına görə borcunu tam olaraq ödəməmiş, iddiaçıya ödənilməmiş qalan 95 manat əsas borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 14.25 manat cərimə borcu hesablanmışdır. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 95 manat əsas borcun, 14.25 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 95 manat əsas borc, 14.25 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 139.25 manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 95 manat əsas borc, 14.25 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı, ümumilikdə 139.65 (bir yüz otuz doqquz altımış beş qəpik) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-750/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-750/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver