Məhkəmə qərarları › İş №e-2(055)-754/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-754/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-754/2025 29.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında 320 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində PXA ********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığortalanmış “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 30 dekabr 2022-ci il tarixdə sürücülük hüququ olmadan Saatlı rayonu ərazisində idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində «BMW 528» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəymişdir. Saatlı Rayon Məhkəməsinin 31 dekabr 2022-ci il tarixli, 3(055)-1089/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Cavabdeh həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Avto Box” avtomobil servisinin qiymətləndirmə aktı ilə müəyyən edilmişdir ki, «BMW 528» **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat zərər dəymişdir. Hadisə üzrə PXA134612 saylı sığorta aktı tərtib edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «BMW 528» dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat sığorta ödənişi edilmişdir. İddiaçı xəbərdarlıq məktubu ilə 320 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb etmiş, amma cavadeh heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 320 manat məbləğində subroqasiya qaydasında sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan PXA ********** saylı icbari sığorta müqaviləsindən görünür ki, “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyun 2022-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 31 dekabr 2022-ci il tarixli, 3(055)-1089/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən və zərərçəkən qismində müəyyən edilən şəxs barədə məlumatdan görünür ki, Cavabdeh “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə maddi zərər dəymiş avtomobil «BMW 528» dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İşdə olan 02 yanvar 2023-cü il tarixli “AvtoBox” avtomobil servisinin qiymətləndirmə aktından görünür ki, «BMW 528» dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 320 manat vurulmuş ziyan hesablanmışdır. İşdə olan 134612 saylı sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «BMW 528» dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat sığorta ödənişi edilmişdir. İşdə olan 12 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında 320 manat sığorta ödənişini “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinən Cavabdeh 7 iş günü müddətində ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində PXA ********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığortalanmış “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 30 dekabr 2022-ci il tarixdə sürücülük hüququ olmadan Saatlı rayonu ərazisində idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində «BMW 528» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəymişdir. Saatlı Rayon Məhkəməsinin 31 dekabr 2022-ci il tarixli, 3(055)-1089/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Cavabdeh həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Avto Box” avtomobil servisinin qiymətləndirmə aktı ilə müəyyən edilmişdir ki, «BMW 528» **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat zərər dəymişdir. Hadisə üzrə PXA134612 saylı sığorta aktı tərtib edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «BMW 528» dövlət qeydiyyat nişanlı avtomobilə 320 manat sığorta ödənişi edilmişdir. İddiaçı xəbərdarlıq məktubu ilə 320 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb etmiş, amma cavadeh heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 320 manat məbləğində subroqasiya qaydasında sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 320 manat sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh subroqasiya qaydasında 320 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməlidir. İşdə olan 30 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 320 (üç yüz iyirmi) manat sığorta ödənişi alınaraq iddaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar