Məhkəmə qərarları › İş №e-2(055)-773/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-773/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-773/2023 25.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 manat pulun və 57,15 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 128,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1540,08 manat, İMEİ kodu **********92235 olan “SAMSUNG GALAXY A52” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1400 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 168 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3416 manat, İMEİ kodu **********32887 olan “SAMSUNG GALAXY S21 ULTRA DUAL” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1579 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat, cəmi 3377,08 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 136,92 manat və 201 manat, cəmi 337,92 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 manat pulun və 57,15 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 mart 2022-ci il tarixli, 04261374 saylı müqavilədən və ona əlavədən görünür ki, bu ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 128,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1540,08 manat, İMEİ kodu **********92235 olan “SAMSUNG GALAXY A52” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 aprel 2022-ci il tarixli, 04271771 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 1400 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 168 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3416 manat, İMEİ kodu **********32887 olan “SAMSUNG GALAXY S21 ULTRA DUAL” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 iyun 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 201 manat cərimə, ümumilikdə ödənilməmiş 3715 manat borcu qalmışdır. Cavabdeh 08 mart 2022-ci il tarixli müqavilə üzrə cəmi 179 manat və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə cəmi 1400 manat ödəniş etmişdir. İşdə olan 09 may 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 08 mart 2022-ci il tarixli və 06 aprel 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 128,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1540,08 manat, İMEİ kodu **********92235 olan “SAMSUNG GALAXY A52” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1400 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 168 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3416 manat, İMEİ kodu **********32887 olan “SAMSUNG GALAXY S21 ULTRA DUAL” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1579 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat, cəmi 3377,08 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 136,92 manat və 201 manat, cəmi 337,92 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 08 mart 2022-ci il tarixli müqavilə üzrə 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 13 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 57,15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57,15 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 08 mart 2022-ci il tarixli müqaviləyə əsasən 1361,08 manat əsas borc, 136,92 manat cərimə və 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 2016 manat əsas borc, 201 manat cərimə, cəmi 3715 (üç min yeddi yüz on beş) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57 (əlli yeddi) manat 15 (on beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar