Məhkəmə qərarları › İş №e-2(055)-786/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-786/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-786/2023 07.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli SATK 03931 saylı müqavilə üzrə 223.73 manat əsas borc, 65.12 manat cərimə borcu, cəmi 288.85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SATK 03931 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 40 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 45 manat, sonuncu ay üçün 43.99 manat ödəmək şərti ilə 578.99 manat dəyərində olan məişət texnikalarını almışdır. Lakin cavabdeh müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə əməl etməmiş və borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 saylı faktorinq müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli SATK 03931 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh olan tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 223.73 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 65.12 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 223.73 manat əsas borc, 65.12 manat cərimə borcu, cəmi 288.85 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli, SATK 03931 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 40 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 45 manat, sonuncu ay üçün 43.99 manat ödəmək şərti ilə 578.99 manat dəyərində olan mal almışdır. İşdə olan “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə 01 saylı əlavədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh və digər borclulardan borcunu tələb etmək hüququ “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. İşdə olan 06 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, SATK 03931 müqavilə üzrə ödənilməmiş 223.73 manat əsas borcu, 65.12 manat cərimə, cəmi 288.85 manat borcu vardır. İşdə olan 06 mart 2023-cü il tarixli bildirişdən və və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2021-ci il tarixli, SATK 03931 saylı nisyə alqı satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SATK 03931 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 40 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 45 manat, sonuncu ay üçün 43.99 manat ödəmək şərti ilə 578.99 manat dəyərində olan məişət texnikalarını almışdır. Lakin cavabdeh müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə əməl etməmiş və borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 saylı faktorinq müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli SATK 03931 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh olan tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 223.73 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 65.12 manat cərimə hesablanmışdır. İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti 223.73 manat əsas borc və 65.12 manat cərimə, cəmi 288.85 manat borcun Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 223.73 manat əsas borc və 65.12 manat cərimə, cəmi 288.85 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2021-ci il tarixli, SATK 03931 saylı müqavilə üzrə tələb olunan 65.12 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 22 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 223.73 manat əsas borc, 22 manat cərimə, cəmi 251.07 manat alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan iddia ərizəsindən görünür ki, «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 223.73 manat əsas borc, 22 manat cərimə, cəmi 245 (iki yüz qırx beş) manat 73 (yetmiş üç) qəpik alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar