Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-79/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2776.67 manat və ödənilmiş 47.76 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MV-C(L)00041-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə 5995 manat maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nizami RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2776.67 manat sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, Cavabdeh “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş zərərlə bağlı 3018.33 manat sığorta ödənişi ödənilmiş, qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 may 2023-cü il tarixli 0727/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və 2776.67 manat məbləğinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki vaxtadək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmamış, həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Ona görə də, Cavabdeh 2776.67 manat və 47.76 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etməsə də, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 23 noyabr 2019-cu il tarixdə “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin X3 Şöbəsinin 23 noyabr 2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan və 23 noyabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, zədələnmiş “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 5995 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 dekabr 2019-cu il tarixli sığorta aktından görünür ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində 19 sentyabr 2019-cu il tarixdən 18 sentyabr 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi əsasında sığortalanmışdır. 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5995 manat məbləğində ziyan dəymiş, həmin ziyanın 3018.33 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər çəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş MVC0159/19 saylı işə dair sığorta aktının surətindən görünür ki, sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **- PB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 16 avqust 2019-cu il tarixdən 16 avqust 2020-ci il tarixədək sığortalanmışdır. 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində baş verən yol nəqliyyat hadisəsində “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5995 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3018.33 manat sığorta ödənişi edilmiş, bu səbəbdən də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5995 manat deyil, 2776.67 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 dekabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MVC0159/19 saylı işə dair sığorta aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 2776.67 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 may 2023-cü il tarixli 0727/23 nömrəli məktubun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 2776.67 manat pulun 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MV-C(L)00041-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə 5995 manat maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nizami RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2776.67 manat sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, Cavabdeh “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3018.33 manat sığorta ödənişi ödənilmiş, qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 2776.67 manat məbləğinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən məbləğ idddiaçıya ödənilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 2776.67 manat məbləğində verilmiş pul vəsaiti tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 2776.67 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh etiraz ərizəsində iddiaçının iddia müddətinin ötürdüyünü qeyd etmiş və iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Subroqasiya hüququ məhz qanundan yaranmış öhdəlikdir. Bu halda Mülki Məcəllənin mövcud tələbinə uyğun olaraq iddia müddəti 10 il tətbiq edilməlidir. Göründüyü kimi, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 2776.67 manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 23 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 47.76 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47.76 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2776 (iki min yeddi yüz yetmiş altı) manat 67 (altmış yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 (qırx yeddi) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-79/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-79/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver