Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-80/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 148,2 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 84,18 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 903 manat cərimə, cəmi 5782 manat borcun və ödənilmiş 77,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli müqavilə ilə cavabdeh 0,5 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 38,15 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 687,2 manat, İMEİ kodu **********24561 olan “X3 11” markalı telefonu iddiaçıdan almışdır. Bundan başqa, 27 iyul 2022-ci il tarixli müqavilə ilə cavabdeh 82 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 31,83 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 463,96 manat, İMEİ kodu **********01469 olan “Xiaomi Redmi 10C” markalı telefonu iddiaçıdan almışdır. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixli müqavilə ilə cavabdeh ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 215,22 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 3873,96 manat, İMEİ kodu **********82018 olan “İPHONE 13 PRO” markalı telefonu iddiaçıdan almışdır. Lakin Cavabdeh həmin müqavilələr üzrə aldığı mallara görə cəmi 378,5 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan cəmi 5782 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməyərək üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona müqavilələr üzrə cəmi 1135,38 manat dəbbə pulu hesablanmışdır. Ona görə də Cavabdeh 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 148,2 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 84,18 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 903 manat cərimə, cəmi 5782 manat pulun və ödənilmiş 77,82 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edimiş 16 may 2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 0,5 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 38,15 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 687,2 manat, İMEİ kodu **********24561 olan “X3 11” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (müştəri) Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 27 iyul 2022-ci il tarixli, 09541763 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 82 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 31,83 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 463,96 manat, İMEİ kodu **********01469 olan “Xiaomi Redmi 10C” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (müştəri) Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 28 sentyabr 2022-ci il tarixli, 13682296 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 215,22 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 3873,96 manat, İMEİ kodu **********82018 olan “İPHONE 13 PRO” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (müştəri) Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 148,2 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 84,18 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 903 manat cərimə, ümumilikdə ödənilməmiş 5782 manat borcu qalmışdır. Cavabdeh müqavilələr üzrə cəmi 378,5 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli müqavilə ilə cavabdeh 0,5 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 38,15 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 687,2 manat, İMEİ kodu **********24561 olan “X3 11” markalı telefonu iddiaçıdan almışdır. Bundan başqa, 27 iyul 2022-ci il tarixli müqavilə ilə cavabdeh 82 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 31,83 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 463,96 manat, İMEİ kodu **********01469 olan “Xiaomi Redmi 10C” markalı telefonu iddiaçıdan almışdır. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixli müqavilə ilə cavabdeh ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 215,22 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 3873,96 manat, İMEİ kodu **********82018 olan “İPHONE 13 PRO” markalı telefonu iddiaçıdan almışdır. Lakin Cavabdeh həmin müqavilələr üzrə aldığı mallara görə cəmi 378,5 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan cəmi 5782 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməyərək üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona müqavilələr üzrə cəmi 1135,38 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 may 2022-ci il tarixli, 27 iyul 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 4646,62 manat əsas borc, 1135,38 manat cərimə, cəmi 5782 manat borcunun olması barədə 24 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəli mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 148,2 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 84,18 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 903 manat cərimə, cəmi 5782 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 16 may 2022-ci il tarixli müqavilə üzrə 148,2 manat cərimə (dəbbə pulu) 48 manatadək, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 84,18 manat cərimə (dəbbə pulu) 28 manatadək, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 903 manat cərimə (dəbbə pulu) 380 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 48 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 28 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 380 manat cərimə, ümumilikdə 5103 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 27 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 77,82 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77,82 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16 may 2022-ci il tarixli müqavilə üzrə 486,7 manat əsas borc, 48 manat cərimə, 27 iyul 2022-ci il tarixli müqavilə üzrə 285,96 manat əsas borc, 28 manat cərimə, 28 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 3873,96 manat əsas borc, 380 manat cərimə, cəmi 5103 (beş min bir yüz üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77 (yetmiş yeddi) manat 82 (səksən iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-80/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-80/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver