Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-850/2024 31.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqavilə üzrə 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqavilə üzrə 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 manat pulun və 34.83 ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 43.71 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 113.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2094.27 manat olan “İphone 11” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 30.61 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 550.98 manat olan «Hoffmann» markalı kombi almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 44.98 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 809.64 manat olan «Seksiya Neo» almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 47.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 858.96 manat olan «Samsung Galaxy A23» markalı mobil telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 2965.77 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər dörd müqavilə üzrə cəmi 1348.08 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər dörd müqavilə üzrə müvafiq olaraq 15.83 manat, 25.92 manat, 40.44 manat və 52.73 manat, cəmi 134.92 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqavilə üzrə 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqavilə üzrə 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 manat pulun və 34.83 ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 fevral 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 43.71 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 113.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2094.27 manat olan “İphone 11” markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 07 noyabr 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 30.61 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 550.98 manat olan «Hoffmann» markalı kombinin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 noyabr 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 60.01 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 44.98 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 809.64 manat olan «Seksiya Neo»un alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 yanvar 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 47.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 858.96 manat olan «Samsung Galaxy A23» markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqavilə üzrə 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqavilə üzrə 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, ümumilikdə ödənilməmiş 1483 manat borcu qalmışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 2965.77 manat ödəniş etmişdir. İşdə olan 10 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 23 fevral 2022-ci il tarixli, 07 noyabr 2022-ci il tarixli, 08 noyabr 2022-ci il tarixli və 28 yanvar 2023-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 43.71 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 113.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2094.27 manat olan “İphone 11” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 30.61 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 550.98 manat olan «Hoffmann» markalı kombi almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 60.01 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 44.98 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 809.64 manat olan «Seksiya Neo» almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 47.72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 858.96 manat olan «Samsung Galaxy A23» markalı mobil telefon almışdır. Lakin Cavabdeh 23 fevral 2022-ci il tarixli, 07 noyabr 2022-ci il tarixli, 08 noyabr 2022-ci il tarixli və 28 yanvar 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 2965.77 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə, cəmi 1348.08 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər dörd müqavilə üzrə müvafiq olaraq 15.83 manat, 25.92 manat, 40.44 manat və 52.73 manat, cəmi 134.92 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqavilə üzrə 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqavilə üzrə 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 23 fevral 2022-ci il tarixli müqavilə üzrə 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqavilə üzrə 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqavilə üzrə 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34.83 dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34.83 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 159.17 manat əsas borc, 15.83 manat cərimə, 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 256.08 manat əsas borc, 25.92 manat cərimə, 08 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 404.56 manat əsas borc, 40.44 manat cərimə, 28 yanvar 2023-cü il tarixli müqavilə üzrə 528.27 manat əsas borc, 52.73 manat cərimə, cəmi 1483 (bir min dörd yüz səksən üç) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34(otuz dörd) manat 83(səksən üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-850/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-850/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver