Məhkəmə qərarları › İş №e-2(055)-863/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-863/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-863/2025 24.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh XXX qızına qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh XXX qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat əsas borc, 44,20 manat cərimə, hər iki müqavilə üzrə cəmi 827,11 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 699,84 manat olan 2 ədəd NEVRESİM TAKİMİ almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 38,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 462 manat olan “XİAOMİ REDMİ 13C” markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat, cəmi 751,92 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 30,99 manat və 44,20 manat, cəmi 75,19 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 699,84 manat olan 2 ədəd NEVRESİM TAKİMİ alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 38,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 462 manat olan “XİAOMİ REDMİ 13C” markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmışdır. İşdə olan 18 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh XXX qızının xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat əsas borc, 44,20 manat cərimə, ümumilikdə ödənilməmiş 827,11 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 699,84 manat olan 2 ədəd NEVRESİM TAKİMİ almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh XXX qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 38,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 462 manat olan “XİAOMİ REDMİ 13C” markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat, cəmi 751,92 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 30,99 manat və 44,20 manat, cəmi 75,19 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat əsas borc, 44,20 manat cərimə, cəmi 827,11 manat pulun Cavabdeh XXX qızından tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh XXX qızından xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 442 manat əsas borc, 44,20 manat cərimə, cəmi 827,11 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh XXX qızından xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 442 manat əsas borc, 44,20 manat cərimə, cəmi 827,11 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh XXX qızından xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 309,92 manat əsas borc, 30,99 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 442 manat əsas borc, 44,20 manat cərimə, cəmi 827,11 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 857,11 (səkkiz yüz əlli yeddi manat on bir qəpik) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar