Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-872/2023 21.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, R0056799 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 572 manat olan əşya (X1 11 markalı telefon, qızıl zəmanət 401-500, proqram xidməti) almışdır. Lakin Cavabdeh 11 oktyabr 2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 474 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun 15 iyun 2023-cü il tarixə iddiaçıya 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Cavabdeh 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 oktyabr 2022-ci il tarixli, R0056799 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 572 manat olan (X1 11 markalı telefon, qızıl zəmanət 401-500, proqram xidməti) əşyanın alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 oktyabr 2022-ci il tarixli, R0056799 saylı müqavilə üzrə İddiaçınə 474 manat əsas borc və 47 manat cərimə borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli, R0056799 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 572 manat olan əşya (X1 11 markalı telefon, qızıl zəmanət 401-500, proqram xidməti) almışdır. Lakin Cavabdeh 11 oktyabr 2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 474 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun 15 iyun 2023-cü il tarixə iddiaçıya 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Cavabdeh 11 oktyabr 2022-ci il tarixli, R0056799 saylı müqavilə üzrə 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 11 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 474 manat əsas borc və 47 manat cərimə, cəmi 521 (beş yüz iyirmi bir) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(055)-872/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-872/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver