Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-881/2024 08.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677.30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «JVC» markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat ödəməklə, ümumilikdə 448.98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Samsung» markalı mobil telefona görə 18 ay müddətinə hər ay 43 manat, ümumilikdə 773.29 manat, hər iki müqavilə üzrə ümumilikdə 1222.27 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə cəmi 882 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və hər iki müqavilə üzrə cərimə məbləği cəmi 88.20 manat hesablanmışdır. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677.30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı «JVC» markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat ödəməklə, ümumilikdə 448.98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Samsung» markalı mobil telefona görə 18 ay müddətinə hər ay 43 manat, ümumilikdə 773.29 manat, hər iki müqavilə üzrə ümumilikdə 1222.27 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «JVC» markalı televizora görə 18 ay müddətinə hər ay 25 manat ödəməklə, ümumilikdə 448.98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Samsung» markalı mobil telefona görə 18 ay müddətinə hər ay 43 manat, ümumilikdə 773.29 manat, hər iki müqavilə üzrə ümumilikdə 1222.27 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə ümumilikdə 882 manat cərimə hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i güzəşt olunaraq cavabdehə hər iki müqavilə üzrə cəmi 88.20 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677.30 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677.30 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677.30 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 589.10 manat əsas borc, 88.20 manat cərimə borcu, cəmi 677(altı yüz yetmiş yeddi) manat 30(otuz) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-881/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-881/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver