Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-914/2024 14.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2409.82 manat əsas borc, 152.99 manat cərimə və 45.63 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2608.44 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli 001-DFM-0029-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM- 0885-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 3550 manat dəyərində “İphone pro 14 128 GB İmei 1. **********44194, İmei 2. **********31845” markalı mobil telefonu və 1 ədəd dəyəri 2390 olan “Samsung tv CU710065” markalı televizorla cavabdehi təmin etmişdir. 001-DFM-0029-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə cavabdeh tərəfindən 410 manat ilkin ödəniş edildiyi üçün qalan 3140 manat məbləğin 12 ay müddətinə hissəli ödənişi, 003-DFM-0885-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə tam məbləğin (2390) 18 ay müddətinə hissə ödənişi nəzərdə tutulmuşdur. 001-DFM-0029-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 02 may 2023cü il tarixdən etibarən 12 təqvim ayı müddətində hər ayın 2-si müqavilə üzrə təchiz edilmiş mala görə 261 manat (sonuncu ayda 269 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl iki tarix üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM- 0885-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 28 oktyabr 2023-cü il tarixində etibarən hər təqvim ayının 28-i müqavilə üzrə təchiz edilmiş mala görə 132 manat məbləğində ödəniş icra etməli olsa da, öhdəliyi icra vaxtı çatmış ardıcıl üç tarix üzrə cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir.Cavabdeh iddiaçıya 001-DFM-0029-23 saylı müqavilə üzrə dəyəri 3550 manat mala görə 410 manat ilkin ödəniş və 2910.15 manat ödəniş qrafiki üzrə olmaqla ümumi 3320.15 manat ödəniş etmiş, ödənilmiş ödənişin 2610.19 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 299.96 manat məbləğ isə müqavilə üzrə hesablanmış cərimə borcu məbləğindən silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 001-DFM-0029-23 saylı müqavilə üzrə 529.81 manat əsas borc və 102 manat cərimə borcu olmaqla cəmi 631.81 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin 001-DFM-0885-23 saylı müqavilə üzrə dəyəri 2390 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 691.24 manat ödəniş edilmiş və ödənişin 509.99 manat hissəsi əsas borcdan, 181.25 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001- DFM-0885-23 saylı müqavilə üzrə 1880.01 manat əsas borc və 50.99 cərimə borcu olmaqla, cəmi 1931 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 001-DFM- 0029-23 saylı müqavilə üzrə iddiaçıya 529.81 manat əsas borc, 102 manat cərimə, cəmi 631.81 manat, 001-DFM-0885-23 saylı müqavilə üzrə isə 1880.01 manat əsas borc və 50.99 cərimə borcu olmaqla, cəmi 1931 manat borcu vardır. Beləliklə Cavabdeh ümumilikdə iki müqavilə üzrə üzrə 2409,82 manat əsas borc, 152.99 manat cərimə və 45.63 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2608.44 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 may 2023-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən və 02 may 2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh onunla 3550 manat dəyərində alqı-saqtı edilməsi ilə bağlı iddiaçıdan “İphone pro 14 128 GB İmei 1. **********44194, İmei 2. **********31845” markalı mobil telefonu 410 manat ilkin ödəniş edərək almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 02 may 2023-cü il tarixli 003-DFM-0029-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd ümumi dəyəri 3550 manat olan “İphone pro 14 128 GB İmei 1. **********44194, İmei 2. **********31845” markalı mobil telefona görə İddiaçınə 410 manat ilkin ödəniş edərək, qalan qalıq məbləğini 12 ay müddətinə hər ay 261 manat, sonuncu ay isə 269 manat olmaqla, cəmi 3140 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 1 ədəd “İphone pro 14 128 GB İmei 1. **********44194, İmei 2. **********31845” markalı mobil telefon cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 11 iyun 2024-cü il tarixli 56 saylı maliyyə arayışından görünür ki, Cavabdehnun 02 may 2023-cü il tarixli 003-DFM-0029-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 11 iyun 2024-cü il tarixə 529.81 manat əsas borcu, 102 manat cərimə borcu qalmışdır. İşdə olan 21 may 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 02 may 2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 11 iyun 2024-cü il tarixli 52 saylı maliyyə arayışından görünür ki, Cavabdehnun 28 oktyabr 2023-cü il tarixli 003-DFM-0885-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 11 iyun 2024-cü il tarixə 1880.01 manat əsas borcu, 50.83 manat cərimə borcu qalmışdır. İşdə olan 21 may 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 28 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli 001-DFM-0029-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0885-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 3550 manat dəyərində “İphone pro 14 128 GB İmei 1. **********44194, İmei 2. **********31845” markalı mobil telefonu və 1 ədəd dəyəri 2390 olan “Samsung tv CU710065” markalı televizorla cavabdehi təmin etmişdir. Cavabdeh 02 may 2023-cü il tarixli müqavilə üzrə cəmi 3320.15 manat ödəniş etmiş, ardıcıl iki dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir, 28 oktyabr 2023-cü il tarixli müqavilə üzrə isə cəmi 691.24 manat ödəniş etmiş, ardıcıl üç dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin ümümilikdə müqavilələr üzrə iddiaçıya 2409,82 manat əsas borc, 152.99 manat cərimə, cəmi 2562.81 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 02 may 2023-cü il tarixli müqavilə üzrə 529.81 manat əsas borcu, 102 manat manat cərimə, 28 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 1880.01 manat əsas borcu, 50.83 ümumilikdə iki müqavilə üzrə cəmi 2562.81 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 2409.82 manat əsas borc və 152.99 manat cərimə, ümumilikdə cəmi 2562.81 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 02 may 2023-cü il tarixli 001-DFM-0029-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0885-23 nisyə alqı-satqı müqavilələri üzrə 2409.82 manat əsas borc, 152.99 manat cərimə, cəmi 2562.81 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 45.63 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.63 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 02 may 2023-cü il tarixli 001-DFM-0029-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0885-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2409,82 manat əsas borc, 152,99 manat cərimə, cəmi 2562.81 (iki min beş yüz altmış iki manat səksən bir qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.63 (qırx beş manat altmış üç qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-914/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-914/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver