Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-916/2024 19.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borc, 210 manat cərimə borcunun, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borc, 53 manat cərimə borcunun, hər iki müqavilə üzrə ümumilikdə 1382.67 manat borcun və 33.83 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1295 manat dəyərində «Yoshiro» markalı kondisioneri 18 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 71 manat, sonuncu ay isə 88 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 400 manat dəyərində «Samsung A042 32GB» markalı mobil telefonu 12 ay müddətinə, 40 manat ilkin ödəniş olmaqla, hər ay 30 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borc, 210 manat cərimə borcunun, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borc, 53 manat cərimə borcunun, hər iki müqavilə üzrə ümumilikdə 1382.67 manat borcun və 33.83 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə ilkin ödəniş olmadan, hər ay 71 manat, sonuncu ay isə 88 manat ödəməklə ümumi nisyə məbləği 1295 manat olan «Yoshiro» markalı kondisionerin alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 avqust 2023-cü il tarixli digər nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə 40 manat ilkin ödəniş olmaqla, hər ay 30 manat ödəməklə ümumi nisyə məbləği 400 manat olan «Samsung A042 32GB» markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 1295 manat olan «Yoshiro» markalı kondisioneri və ümumi dəyəri 400 manat olan “Samsung A042 32GB” markalı mobil telefonu təhvil almışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1295 manat dəyərində «Yoshiro» markalı kondisioneri 18 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 71 manat, sonuncu ay isə 88 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 400 manat dəyərində «Samsung A042 32GB» markalı mobil telefonu 12 ay müddətinə, 40 manat ilkin ödəniş olmaqla, hər ay 30 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı MMC Cavabdeh 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borcu, 210 manat cərimə borcunu, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borcu, 53 manat cərimə borcunu, hər iki müqavilə üzrə ümumilikdə 1382.67 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borc, 210 manat cərimə borcunun, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borc, 53 manat cərimə borcunun, hər iki müqavilə üzrə ümumilikdə 1382.67 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borc, 210 manat cərimə borcu, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borc, 53 manat cərimə borcu, hər iki müqavilə üzrə ümumilikdə 1382.67 manat borc alınaraq İddiaçı MMC-nə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 33.83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.83 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12 avqust 2023-cü il tarixli müqavilə üzrə 939.67 manat əsas borc, 210 manat cərimə borcu, 12 avqust 2023-cü il tarixli digər müqavilə üzrə 180 manat əsas borc, 53 manat cərimə borcu, hər iki müqavilə üzrə ümumilikdə 1382(bir min üç yüz səksən iki) manat 67(altmış yeddi) qəpik borc alınaraq İddiaçı MMC-nə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33(otuz üç) manat 83(səksən üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-916/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-916/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver