Məhkəmə qərarları › İş №e-2(055)-918/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-918/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-918/2024 18.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 7409.09 AZN borc və dəbbə pulu, 94.10 AZN dövlət rüsumu olmaqla ümumilikdə 7503.19 AZN pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 6667.27 manat əsas borc və 741.82 manat dəbə pulu, cəmi 7409.09 AZN borc və 94.10 AZN dövlət rüsumu olmaqla ümumilikdə 7503.19 AZN pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 22 may 2023-cü il tarixli, 003-DFM-0060-23 saylı, 07 sentyabr 2023-cü il tarixli, 003-DFM0623-23 saylı, 15 oktyabr 2023-cü il tarixli, 003-DFM-0820-23 saylı, 02 dekabr 2023-cü il tarixli, 003- DFM-1046-23 saylı və 17 yanvar 2024-cü il tarixli, 003-DFM-0045-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. 003-DFM-0060-23 saylı müqavilə üzrə 22 may 2023-cü tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 1163.00 AZN dəyərində “Sep 1412.585.7.88” adlı qızıl zinyət əşyası və 1 ədəd 776.00 AZN dəyərində “Qolbaq 1422.585.5.17” adlı qızıl zinyət əşyası, 003-DFM-0623-23 saylı müqavilə üzrə 07 sentyabr 2023-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 1167.00 AZN dəyərində “Məişət əşyası” adlı mal, 003-DFM-0820-23 saylı müqavilə üzrə 15 oktyabr 2023-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 2675.00 AZN dəyərində “Məişət əşyası” adlı mal, 003-DFM-1046-23 saylı müqavilə üzrə 02 dekabr 2023-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında1 ədəd 1964.00 AZN dəyərində “Məişət əşyası” adlı mal və 003-DFM-0045-24 saylı müqavilə üzrə 17 yanvar 2024-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında1 ədəd 935.00 AZN dəyərində “Məişət əşyası” adlı mal (bundan sonra “Mallar” adlanacaq) cavabdehə təmin edilmişdir. Lakin cavabdeh 003-DFM-0060-23 saylı müqavilə üzrə 18 təqvim ayı müddətində hər ayın 22-si 107.00 AZN məbləğində (sonuncu ayda 120.00 AZN) ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl dörd tarix (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) üzrə hər hansı vəsait ödəməmişdir. 003- DFM-0623-23 saylı müqavilə üzrə18 təqvim ayı müddətində hər ayın 7-si 92.00 AZN məbləğində (sonuncu ayda 103.00 AZN) ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl üç tarix (xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM-0820-23 saylı müqavilə üzrə 18 təqvim ayı müddətində hər ayın 15-i 148.00 AZN məbləğində (sonuncu ayda 159.00 AZN) ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl dörd tarix (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM-1046-23 saylı müqavilə üzrə18 təqvim ayı müddətində hər ayın 2-si 109.00 AZN məbləğində (sonuncu ayda 111.00 AZN) ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl üç tarix (xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) üzrə İddiaçıya hər hansı vəsait ödəməmişdir. 003-DFM-0045-24 saylı müqavilə üzrə 12 təqvim ayı müddətində hər ayın 17-si 77.00 AZN məbləğində (sonuncu ayda 88.00 AZN) ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl dörd tarix (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) üzrə iddiaçıya hər hansı vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Ekspert rəyi ilə iddia tələbinin əsaslılığı bir daha öz təsdiqini tapmışdır. Cavabdehin dəlilləri isə əsassızdır. Sonda iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə onun arasında bağlanmış 22 may 2023-cü il tarixli, 003-DFM-0060-23 saylı, 07 sentyabr 2023-cü il tarixli, 003-DFM0623-23 saylı, 15 oktyabr 2023-cü il tarixli, 003- DFM-0820-23 saylı, 02 dekabr 2023-cü il tarixli, 003-DFM-1046-23 saylı və 17 yanvar 2024cü il tarixli, 003-DFM-0045-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı ona şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), o isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, borc məbləği ilə razı deyildir. Belə ki, borcundan 4068 manat ödəniş etmiş, iddiaçıya 5112 manat borcu qalmışdır. Həmçinin cərimə məbləğləri də yüksək hesabalanmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan 22 may 2023-cü il tarixli 003-DFM-0060-23 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında 1 ədəd 1163.00 AZN dəyərində “Sep 1412.585.7.88” adlı qızıl zinyət əşyası və 1 ədəd 776.00 AZN dəyərində “Qolbaq 1422.585.5.17” adlı qızıl zinyət əşyasının nisyə alqı-satqısı barədə bağlanmışdır. İşdə olan 07 sentyabr 2023-cü il tarixli 003-DFM-0623-23 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında 1 ədəd 1167.00 AZN dəyərində “Məişət əşyası” adlı malın nisyə alqı-satqısı barədə bağlanmışdır. İşdə olan 15 oktyabr 2023-cü il tarixli 003-DFM-0820-23 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında 1 ədəd 2675.00 AZN dəyərində “Məişət əşyası” adlı malın nisyə alqı-satqısı barədə bağlanmışdır. İşdə olan 02 dekabr 2023-cü il tarixli 003-DFM-1046-23 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında 1 ədəd 1964.00 AZN dəyərində “Məişət əşyası” adlı malın nisyə alqı-satqısı barədə bağlanmışdır. İşdə olan 17 yanvar 2024-cü il tarixli 003-DFM-0045-24 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında 1 ədəd 935.00 AZN dəyərində “Məişət əşyası” adlı malın nisyə alqı-satqısı barədə bağlanmışdır. İşdə olan ərizədən görünür ki, Cavabdeh İddiaçınə 6667.27 manat əsas borcu, 741.82 manat cərimə borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 9/7362 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçınə 11 iyun 2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 003-DFM-0060-23 saylı müqavilə üzrə olan borcu 975,21 manat əsas, 155,62 manat dəbbə pulu olmaqla, ümumilikdə 1130,83 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 003-DFM-0623-23 saylı müqavilə üzrə olan borcu 1114,26 manat əsas, 90,64 manat dəbbə pulu olmaqla, ümumilikdə 1204,90 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 003-DFM-0820-23 saylı müqavilə üzrə olan borcu 2082,96 manat əsas, 247,13 manat dəbbə pulu olmaqla, ümumilikdə 2330,09 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 003-DFM-1046-23 saylı müqavilə üzrə olan borcu 1636,84 manat əsas, 124,16 manat dəbbə pulu olmaqla, ümumilikdə 1761,00 manat məbləğində; xx.xx.2024-cü il tarixli, 003-DFM-0045-23 saylı müqavilə üzrə olan borcu 858,00 manat əsas, 123,97 manat dəbbə pulu olmaqla, ümumilikda 981, 97 manat məbləğində müəyyən olunur. Məhkəmə işdə iştrirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 003-DFM-0060-23, 003-DFM-0623-23, 003-DFM-0820-23, 003-DFM-1046-23 və 003-DFM-0045-23 saylı nisyə-alqı satqı müqavilələrinə əsasən cavabdehə mallar verilmiş, sonuncu isə müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh izahatında borc məbləği ilə razı olmadığını, borcundan 4068 manat ödəniş etdiyini və hazırda iddiaçıya 5112 manat borcu qaldığını göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borc məbləği ilə razı olmadığından məhkəməmühasibatlıq ekspertizası təyin edilərək rəy alınmış və həmin rəylə iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, hazırki ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, cavabdeh etirazına ödəniş qəbzləri əlavə edərək borcundan daha çox ödəniş edildiyini göstərsə də, həmin qəbzlərin bəzilərinin İddiaçı MMC-yə deyil, "xxxx" MMC adlı digər təşkilata ödənişlərlə bağlıdır ki, həmin qəbzlərin iddiaçı ilə bağlanmış müqavilələrə heç bir aidiyyatı yoxdur. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri tələbdən yayınmaq üçün özünümüdafiə məqsədilə verilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 741.82 manat dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 220 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 may 2023-cü il tarixli 003-DFM-0060-23 saylı müqavilə üzrə 975.21 əsas borc, 40 manat cərimə, 07 sentyabr 2023-cü il tarixli 003-DFM-0623-23 saylı müqavilə üzrə 1114.26 manat əsas borc, 40 manat cərimə, 15 oktyabr 2023-cü il tarixli 003-DFM-0820- 23 saylı müqavilə üzrə 2082.96 manat əsas borc, 60 manat cərimə, 02 dekabr 2023-cü il tarixli 003-DFM-1046-23 saylı müqavilə üzrə 1636.84 manat əsas borc, 50 manat cərimə, 17 yanvar 2024-cü il tarixli 003-DFM-0045-24 saylı müqavilə üzrə 858 manat əsas borc, 30 manat cərimə, cəmi 6887.27 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 94.10 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqinin dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 94.10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertiza tədqiqinin dəyəri olan 150 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2023-cü il tarixli 003-DFM-0060-23 saylı müqavilə üzrə 975.21 əsas borc, 40 manat cərimə, 07 sentyabr 2023-cü il tarixli 003-DFM-0623-23 saylı müqavilə üzrə 1114.26 manat əsas borc, 40 manat cərimə, 15 oktyabr 2023-cü il tarixli 003-DFM-0820- 23 saylı müqavilə üzrə 2082.96 manat əsas borc, 60 manat cərimə, 02 dekabr 2023-cü il tarixli 003-DFM-1046-23 saylı müqavilə üzrə 1636.84 manat əsas borc, 50 manat cərimə, 17 yanvar 2024-cü il tarixli 003-DFM-0045-24 saylı müqavilə üzrə 858 manat əsas borc, 30 manat cərimə, cəmi 6887(altı min səkkiz yüz səksən yeddi) manat 27(iyirmi) qəpik borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94 (doxsan dörd) manat 10(on) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-918/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 18 noyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2023-cü il tarixli 003-DFM-0060-23 saylı müqavilə üzrə 975.21 əsas borc, 40 manat cərimə, 07 sentyabr 2023-cü il tarixli 003-DFM-0623-23 saylı müqavilə üzrə 1114.26 manat əsas borc, 40 manat cərimə, 15 oktyabr 2023-cü il tarixli 003-DFM-0820- 23 saylı müqavilə üzrə 2082.96 manat əsas borc, 60 manat cərimə, 02 dekabr 2023-cü il tarixli 003-DFM-1046-23 saylı müqavilə üzrə 1636.84 manat əsas borc, 50 manat cərimə, 17 yanvar 2024-cü il tarixli 003-DFM-0045-24 saylı müqavilə üzrə 858 manat əsas borc, 30 manat cərimə, cəmi 6887(altı min səkkiz yüz səksən yeddi) manat 27(iyirmi) qəpik borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94 (doxsan dörd) manat 10(on) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar