Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-95/2025 22.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehlər aldıqları «Samsung SM-A145» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 42 manat ödəməklə, ümumilikdə 505,98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Honor X8a» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 48 manat, ümumilikdə 574,99 manat, hər iki müqavilə üzrə ümumilikdə 1080,97 manat pulu iddiaçıya ödəməyi öhdəliklərinə götürmüşdülər. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onlara hər iki müqavilə üzrə gecikdirdiləri hər bir günə görə cəmi 60 manat cərimə hesablanmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğlarını bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdehlər aldıqları «Samsung SM-A145» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 42 manat ödəməklə, ümumilikdə 505,98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Honor X8a» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 48 manat, ümumilikdə 574,99 manat, hər iki müqavilə üzrə ümumilikdə 1080,97 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə İddiaçı ümumilikdə 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696,97 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehlər aldıqları «Samsung SM-A145» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 42 manat ödəməklə, ümumilikdə 505,98 manat, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən «Honor X8a» markalı mobil telefona görə 12 ay müddətinə hər ay 48 manat, ümumilikdə 574,99 manat, hər iki müqavilə üzrə ümumilikdə 1080,97 manat pulu iddiaçıya ödəməyi öhdələrinə götürmüşdülər. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı cavabdehlərdən 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696,97 manat borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xəyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 636,97 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 696 (altı yüz doxsan altı) manat 97 (doxsan yeddi) qəpik pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-95/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-95/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver