Məhkəmə qərarları › İş №e-2(055)-963/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-963/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-963/2025 04.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 645.87 manat əsas borcun, 64.59 manat cərimənin, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 648 manat əsas borcun, 64.80 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsumun və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.94 manat əsas borcun, 61.79 manat cərimənin, cəmi 2126.59 manat borcun və 41.27 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 40.41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 727.38 manat olan İMEİ KODU **********82037 OPPO A58 markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 36.00 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 648.00 manat olan İMEİ KODU **********51322 HUAWEİ NOVA Y72 markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 34.33 manat olmaqla ümumi dəyəri 617.94 manat olan İMEİ KOD**********47211 OPPO A78 markalı telefon satın almışdır . Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 645.87 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 648.00 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 617.94 manat, cəmi 1911.81 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********51322 HUAWEİ NOVA Y72 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üc müqavilə üzrə müvafiq olaraq 64.39 manat, 64.80 manat və 61.79 manat, cəmi 191.18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 645.87 manat əsas borc, 64.59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 648.00 manat əsas borc, 64.80 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat ödənilmiş rüsum və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.94 manat əsas borc, 61.79 manat cərimə, cəmi 2126.59 manat borcun və 41.27 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 40.41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 727.38 manat olan İMEİ KODU **********82037 OPPO A58 markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 36.00 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 648.00 manat olan İMEİ KOD**********51322 HUAWEİ NOVA Y72 telefonu alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 34.33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 617.94 manat olan İMEİ KOD **********47211 OPPO A78 telefonu alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********51322 HUAWEİ NOVA Y72 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,60 manat rüsum ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 645.87 manat əsas borc, 64.39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 648.00 manat əsas borc, 64.80 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənən 23.60 manat rüsum və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.94 manat əsas borc, 61.79 manat cərimə, ümumilikdə 2126.59 manat borcu vardır. Cavabdeh hər üç müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 40.41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 727.38 manat olan İMEİ KODU **********82037 OPPO A58 markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 36.00 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 648.00 manat olan İMEİ KODU **********51322 HUAWEİ NOVA Y72 markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 34.33 manat olmaqla ümumi dəyəri 617.94 manat olan İMEİ KOD**********47211 OPPO A78 markalı telefon satın almışdır . Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 645.87 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 648.00 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 617.94 manat, cəmi 1911.81 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən İMEİ KODU **********51322 HUAWEİ NOVA Y72 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat rüsum ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üc müqavilə üzrə müvafiq olaraq 64.39 manat, 64.80 manat və 61.79 manat, cəmi 191.18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 645.87 manat əsas borc, 64.59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 648.00 manat əsas borc, 64.80 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat ödənilmiş rüsum və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.94 manat əsas borc, 61.79 manat cərimə, cəmi 2126.59 manat borcun və 41.27 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 645.87 manat əsas borcun, 64.59 manat cərimənin, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 648.00 manat əsas borcun, 64.80 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsumun və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.94 manat əsas borcun, 61.79 manat cərimənin, cəmi 2126.59 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən üç müqavilə üzrə ümumilikdə tələb olunan 191.18 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 95.60 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 645.87 manat əsas borc, 32.30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 648.00 manat əsas borc, 32.40 manat cərimə,İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 617.94 manat əsas borc, 30.90 manat cərimə, cəmi 2031.01 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 41.27 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41.27 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 645.87 manat əsas borc, 32.30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 648.00 manat əsas borc, 32.40 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum və xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 617.94 manat əsas borc, 30.90 manat cərimə, cəmi 2031 (iki min otuz bir) manat 01 (bir) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar