Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-976/2024 28.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 197 manat əsas borcun, 29.55 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 197 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq hər ay 33 manat, sonuncu ay isə 32 manat ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən “X1”ın Cavabdeh qarşı olan 197 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu ödəməmiş və nəticədə iddiaçıya 197 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 29.55 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 197 manat əsas borcun, 29.55 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 aprel 2023-cü il tarixli nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh “X1”dan ilkin ödəniş olmadan 197 manat dəyərində olan məhsulu nisyə şəkildə almış və həmin malın dəyərini aylıq 33 manat, sonuncu ay isə 32 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 10 aprel 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 197 manat dəyərində olan qadın geyimlərini “X1”dan təhvil almışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli tələbin güzəşti barədə R-1815/23 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli R-18xx/xx-0008 saylı sazişdən görünür ki, “X1”ın Cavabdeh və digər borclulardan borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 03 iyun 2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 10 aprel 2023-cü il tarixli nisyə alqı satqı müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 03 iyun 2024-cü il tarixə ödənilməmiş 197 manat əsas borcu, 29.55 manat cərimə, cəmi 226.55 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 197 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq hər ay 33 manat, sonuncu ay isə 32 manat ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “X1”ın Cavabdeh qarşı olan 197 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu ödəməmiş və nəticədə iddiaçıya 197 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 29.55 manat cərimə hesablanmışdır. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 197 manat əsas borc və 29.55 manat cərimə, cəmi 226.55 manat borcun Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 197 manat əsas borc və 29.55 manat cərimə, cəmi 226.55 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 197 manat əsas borc, 29.55 manat cərimə, cəmi 226.55 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 197 manat əsas borc, 29.55 manat cərimə, cəmi 226(iki yüz iyirmi altı) manat 55(əlli beş) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-976/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-976/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver