Məhkəmə qərarları › İş №e-2(055)-98/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-98/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-98/2025 08.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh 27 avqust 2018-ci il tarixli, EHK548343 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 207 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 237 manat borcun cavabdehdən alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 18 ay olmaqla bağlanmış 27 avqust 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1342 manat olan məişət avadanlığı almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 207 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilə üzrə 207 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 237 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 1342 manat dəyərində məişət avadanlığını 100 manat ilkin ödəniş etməklə almış və qalan 1242 manat məbləği 18 ay müddətinə aylıq 69 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması razılaşdırılmışdır. İşdə olan 10 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilə üzrə 207 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 18 ay olmaqla bağlanmış 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1342 manat olan məişət avadanlığı almışdır. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 207 manat borcu qalmışdır. İddiaçı tərəfindən vaxtında qaytarılmayan borc üçün cərimə məbləği cavabdehdən tələb edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilə üzrə 207 manat əsas borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 207 manat əsas borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilə üzrə 207 manat əsas borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 03 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh 27 avqust 2018-ci il tarixli EHK548343 saylı müqavilə üzrə 207 (iki yüz yeddi) manat əsas borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar