Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-990/2023 15.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 338 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 425 manat məbləğində olan «Samsung Galaxy A12 (SM-A125) 64GB Black Smartfon» markalı mobil telefonu iddiaçıdan almışdır. Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 35.42 manat (sonuncu ay 35.38 manat), cəmi 425 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və müqavilə üzrə ödənilməmiş qalan 338 manat borcu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh 338 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edimiş xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 35.42 manat (sonuncu ay 35.38 manat) ödəmək şərti ilə ümumi dəyəri 425 manat məbləğində olan «Samsung Galaxy A12 (SM-A125) 64GB Black Smartfon» markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 338 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh İddiaçındən alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 35.42 manat (sonuncu ay 35.38 manat) ödəmək şərti ilə ümumi dəyəri 425 manat məbləğində olan «Samsung Galaxy A12 (SM-A125) 64GB Black Smartfon» markalı mobil telefonu iddiaçıdan almış, lakin həmin malın alınmasına görə yaranmış 338 manat borcu iddiaçıya ödəməkdən yayınaraq iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə cavabdehdən 338 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 338 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 338 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 368 (üç yüz altmış səkkiz) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(055)-990/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-990/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver