Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1009/2025 18.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı «ABC Telecom” MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d im: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılması, sənədlərin və dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalı, həmçinin Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına (xidmət istifadəçisi kodu: 14221102, mədaxil qəbzi **********, VÖEN: **********, transaksiya nömrəsi: ********) 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair» iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" MMC tərəfindən X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına (xidmət istifadəçisi kodu: 14221102, mədaxil qəbzi **********, VÖEN: **********, transaksiya nömrəsi: ********) ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1009/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1009/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver