Məhkəmə qərarları › İş №e-2(056)-1298/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1298/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1298/2025 08.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli MPK5694752 saylı borc müqaviləsi üzrə 2400 ( iki min dörd yüz) manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə isə 3000 (üç min) manat borc pul və 74 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddia ərizəsini araşdıraraq hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hər iki müqavilə üzrə ümumilikdə 5400 manat borc pul tələbi irəli sürmüş və ərizəni məhkəməyə sadələşdirilmiş icraat qaydasında –yəni kiçik iddialara dair mübahisələr üzrə təqdim etmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ərizəsinin qəbul olunmasından imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar