Məhkəmə qərarları › İş №e-2(056)-1349/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1349/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1349/2024 24.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C230” markalı **-FJ- *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 2250 manat manat sığorta ödənişini və dövlət rüsumunun əvəzi 42,50 manat pulun Cavabdeh tutlaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobil Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 10:20 radələrində Sabirabad rayonu, Qarakənd kəndindən Şirvan şəhəri Bayramlı qəsəbəsi istiqaməti ilə idarə etdiyi “Vaz- 21063” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz C230” markalı. **-FJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 2.250.00 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Sabirabad RPŞ-nin DYPB-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya maddi cəhətdən zərər vurması) ilə nəzərdə tutulmuş X6 xx.xx.2019cu il tarixli İXP ******* nömrəli Protokol tərtib olunmuş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(056)-740/2019 saylı X6 iş üzrə qərarı ilə 400 manat miqdarında cərimə edilmişdir. “Mercedes Benz C230” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 2250 manat məbləğ müəyyən edilmişdir. Dəymiş zərərin miqdarı 2250 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən zərərçəkənin Bank hesabına ödənilmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin X6 iş üzrə xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Y.Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 10:20 radələrində Sabirabad rayonu, Qarakənd kəndindən Şirvan şəhəri Bayramlı qəsəbəsi istiqaməti ilə idarə etdiyi “Vaz- 21063” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz C230” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyi üçün İXM-nın 332.4-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya maddi cəhətdən zərər vurması) təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin texniki ekspert rəyindən görünür ki, “Mercedes Benz C230” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına tələb olunan xərclər siyahısına əsasən avtomaşının ehtiyyat hissələrinin dəyişdirilməsi, həmçinin təmir işləri üçün cəmi 2250 (iki min iki yüz əlli) manat pul vəsaiti tələb olunur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta AKTından görünür ki, sığortalı tərəf olan Cavabdeh məxsus olan «VAZ-21063» markalı **-KZ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək mülki məsuliyyətin icbari sığorta növündə sığortalanmış, sığorta məbləği 5.000 manat, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi zamanı toqquşma nəticəsində “Mercedes Benz C230” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2250 manat pul vəsaiti "xxxx" ASC tərəfindən avtomobilin sahibi X2 ödənilmişdir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 2250 manat məbləğində pul vəsaiti X1 hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla (tərəflərin izahatı, iş materialları) müəyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 10:20 radələrində Sabirabad rayonu, Qarakənd kəndindən Şirvan şəhəri Bayramlı qəsəbəsi istiqaməti ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz-21063” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz C230” markalı **-FJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə ziyan dəymiş və nəticədə dəymiş ziyanla əlaqədar "xxxx" ASC Sığorta Müqaviləsinə uyğun olaraq, avtomobilin təmiri üçün 2250 (iki min iki yüz əlli) manat sığorta məbləğini zərərçəkmiş X3 ödəmiş və ziyanın əvəzinin ödənilməsi tələbi rəqres qaydasında iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə “İcbari sığortalar haqqında” Qanunun yuxarıda istinad edilən 25.1 və 25.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Cavabdeh iştirakçısı olduğu yol nəqliyyat hadisəsi (sığorta hadisəsi) zamanı nəqliyyat vasitəsini istismar etməyə hüququ olmayan şəxs kimi “Vaz-21063” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sığorta hadisəsi törətdiyi üçün "xxxx" ASC-nin reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Mülki Məcəllənin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Mülki Məcəllənin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı "xxxx" ASC sığorta təşkilatı olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzini sığorta ödənişi qaydasında ödəmiş və bu baxımdan (“İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsi nəzərə alınaraq) haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir, "xxxx" ASC-nin reqres qaydasında 2250 (iki min iki yüz əlli) manat məbləğində ziyanın əvəzinin ödənilməsi tələbi təmin edilərək, həmin pul vəsaiti Cavabdeh tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 42,50 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi isə təmin olunduğu halda ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 42,50 manat və xx.xx.2019-cu il tarixdə saat 10:20 radələrində baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin əvəzi 2250 (iki min iki yüz əlli) manat, ümumilikdə 2292,50 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat pul vəsaiti reqres qaydasında Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar