Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1352/2025 21.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 349,39 (üç yüz qırx doqquz manat, 39 qəpik) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 228 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 1 ha sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq (iş və xidmətlər üçün) ümumilikdə 828,84 manat vəsait ödəmişdir. Müqavilənin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdeh aldığı avansın məbləğini təhvil verəcəyi xam-pambıqla ödəməli idi. Avans olaraq götürdüyü pul ödəndikdən sonra, qalan xam pambığın pulunu müqavilədə göstərilən müddətə iddiaçıdan almalı idi. Cavabdehin sifarişi əsasında ona, 33,80 manat məbləğində çöp doğrama, 75 manat məbləğində 1-ci şum, 28 manat məbləğində 2-ci şum, 34 manat məbləğində ziq-zaq mala,91 mant məbləğində kultivasiya, 24 manat məbləğində kultivasiya- boroza, 10 manat məbləğində dərman səpini, 78 manat məbləğində gübrə/dərman, 102,40 manat məbləğində toxumluq çiyid, avans olaraq alaq təmizlənməsi və suvarmaya görə 230 manat olmaqla cəmi 828,84 manat məbləğində işlər görülümüş və xidmətlər göstərilmişdir. Müqavilə şərltərinə uyğun olaraq cavabdeh 479,45 manat borcunu 737,61 kq xam pambıqla və 50 manat ayrıca ödənişlə etmiş, 349,19 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbələrdən iddiaçıya olan borcunu ödəməkdən yayınmış, buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 228 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1 ha sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə 828,34 manat məbləğində avans vəsaitlər( iş görülməsi, toxumluq çiyid və.s) verilmişdir. İş materiallarında olan hesablaşma arayışından görünür ki, 228 saylı müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 349,39 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bildiriş göndərilərək borcunun tam ödənilməsi təklif olunmuşdur, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, iddiaçı borc tələbi üzrə iddia qaldırılmasına görə 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan müqavilədən görünür ki, cavabdeh bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri üzərinə götürmüş, lakin götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 228 saylı müqavilə üzrə 349,39 manat əsas borc tutulub iddiaçı “P-Aqro» MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 228 saylı müqavilə üzrə 349,39 (üç yüz qırx doqquz manat, 39 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1352/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1352/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver