Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1572/2025 30.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borcun əvəzi 5365.47 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 73.65 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2 saylı “2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı Müqaviləsi”nə əsəsən cavabdeh 11 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 5840.67 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya 2024-cü ildə 475.20 manat dəyərində 594 kq pambıq təhvil vermişdir. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5365.47 manat əsas borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəsatət verərək işin aidiyyətı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırmışdır ki, o, fərdi sahibkar statusunda olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçota alınaraq "xxxx" MMC ilə bağlamış xx.xx.2024-cü il tarixli 2 saylı “2024-cü il mövsümü üzrə xampambığın alqı-satqı Müqaviləsi” əsasında özünə məxsus 11 ha. torpaq sahəsində pambıq istehsal etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının nümayəndəsi məhkəmə iclasına elektron qaydada imzalanmış ərizə göndərərək, iddia tələbini müdafiə edib, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və aşağıda istinad olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki iş materiallarından görünür ki, müqavilənin “Alıcı” qismində tərəfi olan "xxxx" MMC-nin Sabirabad Filialı ilə müqavilənin “Satıcı” qismində tərəfi olan fərdi sahibkar Cavabdeh ilə bağlamış xx.xx.2024-cü il tarixli 2 saylı 2024-cü il mövsümü üzrə xampambığın alqı-satqı Müqaviləsinin surətindən görünür ki, həmin Müqaviləyə əsasən Cavabdeh 11 ha. sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsulu əldə etməklə xam-pambıq məhsulu istehsal edib və satmağı öhdəsinə götürmüşdür. “Elektron məhkəmə” X1 Musa Təvəkkül oğluna aid məlumatdan görünür ki, VÖEN:********** əsasında fərdi sahibkar statusundadır. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə göründüyü kimi hazırkı mülki iş üzrə Cavabdeh fiziki şəxs olsa da, lakin o, fərdi sahibkar statusunda olmaqla, fəaliyyəti VÖEN: ********** əsasında "xxxx" MMC ilə bağlamış xx.xx.2024-cü il tarixli 2 saylı “2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı barədə Müqavilə” əsasında özünə məxsus 11 ha. torpaq sahəsində pambıq istehsal etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hazırkı iddia tələbi də həmin müqavilədən yaranmışdır. Məhkəmə işin aidiyyət məsələsinin araşdırılan hallarına, istinad olunan prosessual hüquq normalarına əsaslanıb və hazırkı iş üzrə mübahisə tərəflərinin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə tərəflərindən Cavabdeh fərdi sahibkar statusunda fiziki şəxs olduğu, iddiaçı təşkilatın isə hüquqi şəxs olduğu hallarda, həmçinin onların arasındakı araşdırma predmeti kommersiya mübahisəsi olaraq cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığından hazırkı iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1, 45.2 və 45.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1572/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1572/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver