Məhkəmə qərarları › İş №e-2(056)-1589/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1589/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1589/2025 03.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı sədrlik edən hakim işin məhkəmə icraatına daxil olduğu zamanda cavabdehin VÖEN-ə məxsus olub-olmadığının yoxlanıldığını, lakin aşkar edilmədiyini, bu günki məhkəmə iclasından əvvəl yenidən cavabdehin VÖEN-ə məxsus olub-olmadığının yoxlanıldığını və cavabdehin adına VÖEN aşkarlandığını bildirmiş, bu halla bağlı tərəflərin münasibətini öyrənmişdir. İddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, onlar tərəfindən məhkəməyə müraciət edildiyi zaman bu hal yoxlanılmış, VÖEN aşkar edilmədiyi üçün rayon məhkəməsinə müraciət edilmişdir. Hazırda cavabdehin adına VÖEN aşkarlandığı halda bu işə rayon məhkəməsində baxılması yolverilməzdir. Ona görə də o, İDDİAnın baxılmamış saxlanılıb sənədlərin özünə qaytarılmasını xahiş edir. Cavabdeh bildirdi ki, onun uzun müddətdir ki, VÖEN-i olmuşdur. Lakin o, bu halın vacib olduğunu bilmədiyi üçün heç bir məhkəmə iclasında bu barədə məlumat verməmişdir. Hazırda o, iddia ərizəsinni qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçının nümayəndəsi münasibətini audio-video yazı ilə həyata keçirilmiş məhkəmə iclasında ifadə etdiyi üçn məhkəmə onun müraciətini yazılı ərizəsinə bərabər tutaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar