Məhkəmə qərarları › İş №e-2(056)-1690/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1690/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1690/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh (üçüncü şəxs Bakı şəhəri, 14 saylı notariat ofisi) qarşı «Nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair» iddia əizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasınanda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh (üçüncü şəxs Bakı şəhəri, 14 saylı notariat ofisi) qarşı «Nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “AccessBank'' QSC arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evi və Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 0.85 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “AccessBank" QSC arasında xx.xx.2021-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.85 ha torpaq sahəsi alıcı Cavabdeh 27700 manat (iyirmi yeddi min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2500 (iki min beş yüz) manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesab vasitəsilə ödəyir. Cavabdeh qalan 24500 (iyirmi dörd min beş yüz) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək 36 ay müddətində hər 3 aydan bir dəfə 1500 (min beş yüz) manat olmaqla 11 ödəniş və sonuncu ödənişi isə 8000 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 8500 manaf ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən "Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır." Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxanda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə “AccessBank" QSC arasında xx.xx.2021-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.85 ha torpaq sahəsi alıcı Cavabdeh 27700 manat (iyirmi yeddi min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2500 (iki min beş yüz) manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesab vasitəsilə ödəyir. Cavabdeh qalan 24500 (iyirmi dörd min beş yüz) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək 36 ay müddətində hər 3 aydan bir dəfə 1500 (min beş yüz) manat olmaqla 11 ödəniş və sonuncu ödənişi isə 8000 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 074877 nömrəli «Müqavilənin ləğvinə dair» təklifdən görünür ki, Cavabdeh ilə “AccessBank" QSC arasında 29.12,202l-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən,83.2 kv.m sahəsi olan fərdi yaşayış evi və əmlakın yerləşdiyi 0.8 ha torpaq sahəsinin Cavabdeh 27000 maıuıl qiymətinə satılması razılaşdırılmışdır.Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 2500 manat məbləği satıcı "AccessBank’' QSC-və notariusun bankda açılan depozil hesabı vasitəsilə, qalan 24500 manat məbləği xx.xx.2024-cü il tarixmədək, hər Üç ayda bir dəfə 1500 AZN olmaqla on bir ödəniş, sonda 8000 AZN olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsi ödəməyi öhdəsinə götürür. Lakin tərəflərindən yalnız 8500 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə. məhkəmə qaydasında həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış arasında 29.12.202 l-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsinin ləğv edilməsini təklif edir. Bu təklifə 10 (on) gün müddətində rəsmi şəkildə cavab verməyini/ xahiş olunur.Əks təqdirdə müqavilənin ləğv edilinəsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSCnin mülkiyyətində olan Sabirabad rayonu. Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evi və Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 0.85 ha torpaq sahəsi alıcı Cavabdeh 27700 manat (iyirmi yeddi min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2500 (iki min beş yüz) manat məbləği satıcı “AccessBank" QSC-yə notariusun bankda açılan depozit hesab vasitəsilə ödəyir. Cavabdeh qalan 24500 (iyirmi dörd min beş yüz) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək 36 ay müddətində hər 3 aydan bir dəfə 1500 (min beş yüz) manat olmaqla 11 ödəniş və sonuncu ödənişi isə 8000 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 8500 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Beləliklə, cavabdeh alqı-satqı üzrə müqavilə şərtlərini pozmuş, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı mübahisələndirilən müqavilənin ləğv edilməsini və müqavilə predmeti olmuş əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsini və cavabdehin həmin əmlaklardan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə “AccessBank'' QSC arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evi və Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 0.85 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın, həmin əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar