Məhkəmə qərarları › İş №e-2(056)-1908/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1908/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1908/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən İmei kod **********95046 olan İphone 14 markalı telefon, Vinil şəffaf Vinil mat, Apple 20w USB-C adapter, Qızıl zəmanət ultra 3 il, Paket XXXL xidməti üçün 1325,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 132,59 manat cərimə; xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, İmei kod **********10601 olan Huawei P60 telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün 1082,02 manat ödənilməmiş hissə, 108,20 manat cərimə; ümumilikdə 2672,31 manat borcun və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 46,73 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, ‘‘ABC TELECOM" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, İmei kod **********95046 olan İphone 14 markalı telefon, Vinil şəffaf Vinil mat, Apple 20w USB-C adapter, Qızıl zəmanət ultra 3 il, Paket XXXL xidməti və İmei kod **********10601 olan Huawei P60 telefon, Qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə cəmi 2672,31 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1504,90 manat (18 ay x 83,05 manat + 10 manat ilkin ödəniş) olan İmei kod **********95046 olan İphone 14 markalı telefon, Vinil şəffaf Vinil mat, Apple 20w USB-C adapter, Qızıl zəmanət ultra 3 il, Paket XXXL xidməti üçün ümumilikdə 1482,09 manat olmaqla, ondan 1325,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, müştəriyə güzəşt olunaraq 132,59 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1402,02 manat (18 ay x 77,89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********10601 olan Huawei P60 telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 1190,22 manat olmaqla, ondan 1082,02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 108,20 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 499 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kod **********95046 olan İphone 14 markalı telefon, Vinil şəffaf Vinil mat, Apple 20w USB-C adapter, Qızıl zəmanət ultra 3 il, Paket XXXL xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kod **********10601 olan Huawei P60 telefon, Qızıl zəmanət ultra 2 il xidmətini alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli 10739180№-li müqavilə üzrə 1325,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat və 132,59 manat dəbbə pulu olmaqla, cəmi İddiaçı MMC-yə 1482,09 manat, xx.xx.2024-cü il tarixli 03339603№-li müqavilə üzrə 1082,02 manat ödənilməmiş hissə və 108,20 manat dəbbə pulu olmaqla, cəmi İddiaçı MMC-yə 1190,22 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilələr əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli Müqavilələri ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli Nisyə Alqı-Satqı Müqavilələrindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilələr üzrə yaranmış 1325,90 AZN əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 AZN rüsum və 132,59 AZN cərimə (dəbbə) borcu; xx.xx.2024-cü il tarixli Müqavilələr 1082,02 AZN əsas borc və 108,20 AZN cərimə (dəbbə) borcu olmaqla, ümumilikdə 2672,31 manat cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda tələbin İnnovativ Layihələr Mərkəzi rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları tədqiq edilərkən tərəflər arasında öhdəliklərin icra edilməyəcəyi təqdirdə qeyd edilən formada rüsumun tutulması müqavilədə öhdəlik olaraq müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 46,73 manat dövlət rüsumunun əvəzi qismində cəmi 43 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 31,57 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilə üzrə yaranmış 1325,90 manat əsas borc və 132,59 manat cərimə (dəbbə) borcu; xx.xx.2024-cü il tarixli Müqavilə üzrə yaranmış 1082,02 manat əsas borc və 108,20 manat cərimə (dəbbə) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 43 manat olmaqla, ümumilikdə 2691,71 (iki min altı yüz doxsan bir manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar