Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2121/2024 14.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad rayon Məhkəməsinin hаkimi X3 оğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «sadələşdirilmiş icraat qaydasında subraqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsinə dair» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi üzrə mülki iş materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «sadələşdirilmiş icraat qaydasında subraqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsinə dair» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1233/2020 saylı qətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmış və Sabirabad rayon icra Hakimiyyətinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən sığortalıya ödənilmiş pul vəsaitinin əvəzi olaraq 2070 (ik min yetmiş) AZN sığorta ödənişi, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 1 (bir) AZN bank xidmət haqqının əvəzi, ümumilikdə isə 2101 (iki min yüz bir) AZN məbləğində pul vəsaiti cavabdeh X1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, eyni predmet üzrə işə baxılmış və müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1 və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «sadələşdirilmiş icraat qaydasında subraqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsinə dair» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №e-2(056)-2121/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2121/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver