Məhkəmə qərarları › İş №e-2(056)-2207/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2207/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2207/2024 13.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə elekton ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş var. Bəhs edilən mülki iş üzrə bildirmək istəmişdir ki, hazırda mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması üçün müraciət olunması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılması əsasları qeyd olunmuşdur. Belə ki, mövcud qanunvericiliyin tələbinə əsasən, Məhkəməyə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyi hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına və Mülki Prosessual Məcəllənin 260-cı maddəsinin tələbinə əsasən, Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Odur ki, yuxarıda qeyd olunmuş qanunvericiliyin müvafiq göstərişini rəhbər tutaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. İş materiallarını araşdıraraq hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldim: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar