Məhkəmə qərarları › İş №e-2(056)-224/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-224/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-224/2024 16.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Pənahovun sədrliyi ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X3 - Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində 16 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X3 - Cavabdeh qarşı «subroqasiya hüququ ilə pul tələbinin təmin edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ədalət oğlundan 520 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 550 (beş yüz əlli) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ- nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh Ədalət oğlunun adına sığortalanmış TOYOTA RAV-4 markalı, 90UM226 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22 may 2020-ci il tarixində Bakı şəhəri, Babək prospekti ünvanında Cavabdeh Ədalət oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən fiziki şəxs X1 nəqliyyat vasitəsinə 240 manat və zərərçəkən hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə isə 280 manat maddi ziyan dəymişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 4593/20 saylı və 4812/20 saylı işlərə dair sığorta aktları üzrə xx.xx.2020-ci il tarixli bank ödəniş tapşırıqlarına əsasən, aşağıdakı cədvəldə qeyd olunan məbləğdə kompensasiya ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh Ədalət oğlu hadisə yerindən yayındığı üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd: Sığorta hadisəsi zamanı hadisə yerindən yayınma subroqasiya hüququ üçün əsasdır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4- cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçıları dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, İş materiallarında olan LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh Ədalət oğlunun adına sığortalanmış TOYOTA RAV-4 markalı, 90UM226 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22 may 2020-ci il tarixində Bakı şəhəri, Babək prospekti ünvanında Cavabdeh Ədalət oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən fiziki şəxs X1 nəqliyyat vasitəsinə 240 manat və zərərçəkən hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə isə 280 manat maddi ziyan dəymişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmişdir. İş materiallarında olan hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 4593/20 saylı və 4812/20 saylı işlərə dair sığorta aktları üzrə xx.xx.2020-ci il tarixli bank ödəniş tapşırıqlarına əsasən, 520 manat məbləğdə kompensasiya ödənişi həyata keçirilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh Ədalət oğlu hadisə yerindən yayındığı üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh Ədalət oğlunun adına sığortalanmış TOYOTA RAV-4 markalı, 90UM226 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22 may 2020-ci il tarixində Bakı şəhəri, Babək prospekti ünvanında Cavabdeh Ədalət oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən fiziki şəxs X1 nəqliyyat vasitəsinə 240 manat və zərərçəkən hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə isə 280 manat maddi ziyan dəymişdir. yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh Ədalət oğlu hadisə yerindən yayındığı üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 4593/20 saylı və 4812/20 saylı işlərə dair sığorta aktları üzrə xx.xx.2020-ci il tarixli bank ödəniş tapşırıqlarına əsasən, 520 manat məbləğdə kompensasiya ödənişi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 22 may 2020-ci il tarixdə «Toyota Rav4» minik markalı, **-UM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Babək prospektində «VAZ- 2106» minik markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla hər iki avtomobilə dəymiş ziyanın əvəzi olan 520 manat məbləğində sığorta ödənişi iddiaçı şirkət olan «İcbari Sığorta Bürosu» X6 tərəfindən üçüncü şəxslərə dəymiş maddi ziyan formasında ödəyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, həmin təşkilat haqlı olaraq «İcbari sığortalar haqqında» Qanunun 25.1.8-ci maddəsi əsasında həmin sığorta ödənişinin əvəzinin subroqasiya qaydasında sığorta hadisəsi yerindən yayınmış Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Qanunun 25.1.8-ci mad. əsasən digər hallarla yanaşı həmçinin bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. Həmin qanunun Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azər. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş maddi ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də o, haqlı olaraq həmin sığorta ödənişinin əvəzinin subroqasiya qaydasında sığorta hadisəsi yerindən yayınmış Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən iş materiallarında olan ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «İcbari Sığorta Bürosu» X4 avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış «Toyota Rav4» minik markalı, **-UM-*** dövlət nömrə nişanlı avtomobilin istifadəsi nəticəsində «VAZ-2106» minik markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə "xxxx" MMC-yə məxsus «Toyota Rav4» minik markalı, **-UM-*** dövlət nömrə nişanlı avtomobilə və X2 məxsus «VAZ-2106» minik markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün «İcbari Sığorta Bürosu» X6 tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 520 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə isə 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı «İcbari Sığorta Bürosu» X6-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar