Məhkəmə qərarları › İş №e-2(056)-2323/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2323/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2323/2025 08.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli,SBK6456547 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı WM LGF2V7GW9T markalı mal müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin qeydinə əsasən, borc alan borc üzrə borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1 % dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 15 ay, aylıq ödəniş 92 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1430 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı AC RİFFEL ASW-FW 240/241,REF BEKO B3RCNK 362 HX,HOOD RİFFEL T-9500B,HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin qeydinə əsasən, borc alan borc üzrə borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1 % dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 24 ay, aylıq ödəniş 145 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 3604 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli,SBK6456547 saylı və xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqavilələr üzrə cavabdehin 3332 manat borcu yaranmışdır.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 3 iş günü ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli,SBK6456547 saylı müqaviləyə əsasən,WM LGF2V7GW9T markalı mal üçün, 276(iki yüz yetmiş altı) manat borc ,xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqaviləyə əsasən, satıcı AC RİFFEL ASW- FW 240/241,REF BEKO B3RCNK 362 HX,HOOD RİFFEL T-9500B,HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı üçün, 3056 manat borc olmaqla ümumilikdə 3332 manat borc və 54 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBK6456547 saylı, xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqavilələrə əsasən, WM LGF2V7GW9T markalı mal, AC RİFFEL ASW-FW 240/241,REF BEKO B3RCNK 362 HX,HOOD RİFFEL T-9500B,HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı almış və nəticədə 3332 (üç min üç yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli,SBK6456547 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1430 (min dörd yüz otuz) manat (15 ay x 92 manat + 50 manat ilkin ödəniş) olan WM LGF2V7GW9T markalı mal üçün ümumilikdə, 276 manat borc, xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3604( üç min altı yüz dörd ) manat (24 ay x 145 manat + 124 manat ilkin ödəniş) olan AC RİFFEL ASW-FW 240/241,REF BEKO B3RCNK 362 HX,HOOD RİFFEL T-9500B,HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı üçün ümumilikdə, 3056 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ ........ manat təşkil edir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, SBK6456547 saylı, xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

b) iddiaya etiraz

13. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

18. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

19. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBK6456547 saylı müqaviləyə əsasən,WM LGF2V7GW9T markalı mal almış, kredit müqaviləsinin müddəti 15 ay, aylıq ödəniş 92 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1430 manat, xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqaviləyə əsasən, AC RİFFEL ASW-FW 240/241,REF BEKO B3RCNK 362 HX,HOOD RİFFEL T-9500B,HƏD: TV LED RİFFEL 43FHD 4330 markalı məişət avadanlığı almış, kredit müqaviləsinin müddəti 24 ay, aylıq ödəniş 145 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 3604 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

20. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2023-cü il tarixli, SBK6456547 saylı müqavilə üzrə 276 manat borc və xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqavilə üzrə 3056 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SBK6456547 saylı müqavilə üzrə 276 manat borc, xx.xx.2024-cü il tarixli,SBK6772526 saylı müqavilə üzrə 3056 manat olmaqla, ümumilikdə 3332 manat borc və ödənilmiş 54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar