Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2470/2025 25.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “PAKET XL XİDMƏTİ,ZƏMANƏT 3 İL XİDMƏTİ, İMEİ KODU 51518/64YQ 05576 XİAOMİ REDMİ PAD SE markalı planşet müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 33.34 manat olmaqla, toplam məbləğ 600.12 manat müəyyənləşdirilmişdir.
4. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
5. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “PAKET XL XİDMƏTİ, İMEİ KODU **********37540 XİAOMİ REDMİ 14C” markalı telefon müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
6. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.
7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 465 manat, ödəmə müddəti 12 ay, aylıq ödəniş 38.75 manat müəyyənləşdirilmişdir.
8. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
9. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “HUAWEİ FREEBUDS PRO 4 QULAQLİQ müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.
11. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 374.04 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 20.78 manat müəyyənləşdirilmişdir.
12. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
13. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı PS 5 DUAL-SENSE oyun pultu müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
14. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.
15. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 154.02 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 25.67 manat müəyyənləşdirilmişdir.
16. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
17. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunan müqavilələr üzrə cavabdehin 1487.72 manat ödənilməmiş hissə, 148.77 manat cərimə pulu olmaqla, ümumilikdə, 1636.49 manat borcu yaranmışdır.
18. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
19. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “PAKET XL XİDMƏTİ,ZƏMANƏT 3 İL XİDMƏTİ, İMEİ KODU 51518/64YQ 05576 XİAOMİ REDMİ PAD SE markalı planşet üçün 583.12 (beş yüz səksən üç manat, 12 qəpik) manat ödənilməmiş hissə, 58.31 (əlli səkkiz manat, 31 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “PAKET XL XİDMƏTİ, İMEİ KODU **********37540 XİAOMİ REDMİ 14C” markalı telefon üçün 426 (dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə,42.60 (qırx iki manat, 60 qəpik) manat cərimə,xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən HUAWEİ FREEBUDS PRO 4 QULAQLİQ üçün 363.20( üç yüz altımış üç manat,20 qəpik) manat ödənilməmiş hissə,36.32 (otuz altı manat,32 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PS 5 DUAL-SENSE oyun pultu üçün 115.40 (yüz on beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 11.54 (on bir manat,54 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1636.49 manat borc, 36.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddianın əsaslarına görə, cavabdeh ilə "xxxx" MMC arasında bağlanm xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, “PAKET XL XİDMƏTİ,ZƏMANƏT 3 İL XİDMƏTİ, İMEİ KODU 51518/64YQ 05576 XİAOMİ REDMİ PAD SE markalı planşet ,“PAKET XL XİDMƏTİ, İMEİ KODU **********37540 XİAOMİ REDMİ 14C” markalı telefon,HUAWEİ FREEBUDS PRO 4 QULAQLİQ, PS 5 DUAL-SENSE oyun pultu almış və nəticədə 1636.49(min altı yüz otuz altı manat,49 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci i tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600.12 (altı yüz manat, 12 qəpik) manat (18 ay x 33.34manat + 0 manat ilkin ödəniş) olan “PAKET XL XİDMƏTİ,ZƏMANƏT 3 İL XİDMƏTİ, İMEİ KODU 51518/64YQ 05576 XİAOMİ REDMİ PAD SE markalı planşet üçün ümumilikdə, 641.43(altı yüz qırx bir manat, 43 qəpik) manat olmaqla ondan, 583.12(beş yüz səksən üç manat, 12 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.31 (əlli səkkiz manat, 31 qəpik) manat cərimə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 465(dörd yüz altımış beş) manat (12 ay x 38.75 manat + 0 manat ilkin ödəniş) olan“PAKET XL XİDMƏTİ, İMEİ KODU **********37540 XİAOMİ REDMİ 14C” markalı telefon üçün ümumilikdə, 468.6(dörd yüz altmış səkkiz manat, 60 qəpik) manat olmaqla ondan, 426(dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.6 (qırx iki manat, 60 qəpik) manat cərimə;xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374.04(üç yüz yetmiş dörd manat, 04 qəpik) manat (18 ay x 20.78 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS PRO 4 QULAQLİQ üçün ümumilikdə, 399.4(üç yüz doxsan doqquz manat, 40 qəpik) manat olmaqla ondan, 363.2(üç yüz altımış üç manat,20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.32 (otuz altı manat,32 qəpik) manat cərimə,xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 154.02(yüz əlli dörd manat,02 qəpik) manat(6 ay x 25.67+ 0 ilkin ödəniş)olan PS 5 DUAL-SENSE oyun pultu üçün ümumilikdə 126.94(yüz iyirmi altı manat,94 qəpik) manat olmaqla,ondan 115.4(yüz on beş manat,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.54(on bir manat,54 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105.46 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
b) iddiaya etiraz
21. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
25. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
26. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
27. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh“PAKET XL XİDMƏTİ,ZƏMANƏT 3 İL XİDMƏTİ, İMEİ KODU 51518/64YQ 05576 XİAOMİ REDMİ PAD SE markalı planşet almış, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 33.34 manat olmaqla, toplam məbləğ 600.12 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh PAKET XL XİDMƏTİ, İMEİ KODU **********37540 XİAOMİ REDMİ 14C” markalı telefon almış, əşyanın qiyməti 465 manat, ödəmə müddəti 12 ay, aylıq ödəniş 38.75 manat,xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh “HUAWEİ FREEBUDS PRO 4 QULAQLİQ almış,kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 18 ay,aylıq ödəniş 20.78 olmaqla, toplam 374.04 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh PS 5 DUAL-SENSE oyun pultu almış, əşyanın qiyməti 154.02 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 25.67 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
28. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 583.12 manat ödənilməmiş hissə,58.31 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 426 manat ödənilməmiş hissə, 42.60 manat cərimə,xx.xx.2025-ci il tarixli müqavilə üzrə 363.20 manat ödənilməmiş hissə, 36.32 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 115.40 manat ödənilməmiş hissə, 11.54 manat cərimə olmaqla, ümumilikdə 1636.49 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
29. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.
30. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.
31. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
32. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da müqavilələr üzrə əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 58.31 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 42.60 manat,xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 36.32 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 11.54 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.
33. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36.37 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 583.12 manat ödənilməmiş hissə,58.31 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 426 manat ödənilməmiş hissə, 42.60 manat cərimə,xx.xx.2025-ci il tarixli müqavilə üzrə 363.20 manat ödənilməmiş hissə, 36.32 manat cərimə və xx.xx.2025-ci il tarixli, müqavilə üzrə 115.40 manat ödənilməmiş hissə, 11.54 manat cərimə olmaqla, ümumilikdə 1636.49 manat və ödənilmiş 36.37 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov