Məhkəmə qərarları › İş №e-2(056)-2520/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2520/2024

24.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2520/2024 24.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların ləğv edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat "xxxx", ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 096468 saylı, akt üzrə 1191,51 manat, xx.xx.2018-ci il tarixli 067931 saylı, akt üzrə 77 manat, xx.xx.2018-ci il tarixli, 111812 saylı, akt üzrə 260,15 manat, xx.xx.2019-cu il tarixli, 151236 saylı, akt üzrə 1135,61 manat, xx.xx.2020-ci il tarixli 192187 saylı akt üzrə 684,56 manat barədə aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış cəmi 3348,83 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində, xx.xx.2018-ci il tarixində, xx.xx.2018-ci il tarixində, xx.xx.2019-cu il tarixində və xx.xx.2020-ci il tarixində cavabdeh təşkilatın nümayəndələri Sabirabad rayonu Şəhriyar kəndində yerləşən evinə müxtəlif vaxtlarda kənar xəttin olması ilə bağlı aktlar tərtib etmişlər və onu cərimə etmişlər. Aktlarda qeyd edilmişdir ki, evinə quraşdırılmış sayğacdan kənar xəttlə evi qidalandırılır. Qeyd edilən səbəblərə görə evinə xx.xx.2018-ci il tarixli, 096468 saylı akt üzrə 1191,51 manat, xx.xx.2018ci il tarixil, 067931 saylı akt üzrə 77 manat, xx.xx.2018-ci il tarixli, 111812 saylı akt üzrə 260,15 manat, xx.xx.2019-cu il tarixli, 151236 saylı saylı akt üzrə 1135,61 manat, xx.xx.2020-ci il tarixli, 192187 saylı akt üzrə 684,56 manat məbləgində cərimə yazılmışdır. Qeyd edilən aktlar tamamilə əsassız yazılmışdır. Ona görə ki, o və ailə üzvləri sayğaca müdaxilə etməmişlər və müdaxilə etməyi də bacarmırlar. Belə olan halda yazılmış aktlar qanunsuz və ədalətsiz şəkildə yazılıb. Ona görə ki, beş ildən artıqdır ki, o, həmin evdə yaşamır. O, Şirvan şəhərində yaşayırdı. İki aydır ki, qayıdıb gəlmiş və məlum aktları görmüşdür. O, yaşlı ahıl adamdır və heç bir müdaxilə etməyi bacarmır və heç bir halda yaşına görə də etməz. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2018-ci il tarixli 096468 saylı, xx.xx.2018-ci il tarixli 067931 saylı, xx.xx.2018-ci il tarixli 111812 saylı, xx.xx.2019-cu il tarixli, 151236 saylı və xx.xx.2020-ci il tarixli, 192187 saylı aktlara əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, abonentin kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonu, Şəhriyar kəndindəki evində X1 qaydalarının pozulmasına görə, iki akt üzrə elektrik enerjisi itkisinə görə xx.xx.2018-ci il tarixli 096468 saylı, akt üzrə 1191,51 manat, xx.xx.2018-ci il tarixli 067931 saylı, akt üzrə 77 manat, xx.xx.2018-ci il tarixli, 111812 saylı, akt üzrə 260,15 manat, xx.xx.2019-cu il tarixli, 151236 saylı, akt üzrə 1135,61 manat, xx.xx.2020-ci il tarixli 192187 saylı akt üzrə 684,56 manat olmaqla, cəmi 3348,63 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, Hüseynov X2 rayonu, Şəhriyar kəndindəki evində yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli 096468 saylı, xx.xx.2018-ci il tarixli 067931 saylı, xx.xx.2018-ci il tarixli 111812 saylı, xx.xx.2019-cu il tarixli, 151236 saylı və xx.xx.2020-ci il tarixli, 192187 saylı aktlara əsasən enerji itkisinə görə borc cəmi 334 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 096468 saylı, xx.xx.2018-ci il tarixli 067931 saylı, xx.xx.2018-ci il tarixli 111812 saylı, xx.xx.2019-cu il tarixli, 151236 saylı və xx.xx.2020-ci il tarixli, 192187 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonu, Şəhriyar kəndindəki evin sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış qeyd edilən aktlar üzrə cəmi 3348,83 manat borc məbləğindən 3014,83 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 334 manat müəyyən edilməlidir. Aktların etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurlarla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 096468 saylı, xx.xx.2018-ci il tarixli 067931 saylı, xx.xx.2018-ci il tarixli 111812 saylı, xx.xx.2019-cu il tarixli, 151236 saylı və xx.xx.2020-ci il tarixli, 192187 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə 3348,83 manat borc məbləğindən 3014,83 manat Sabirabad rayonunun Şəhriyar kəndində yerləşən evə aid **********9 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 334 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar