Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2568/2024 17.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X1 Kompleksi” MMC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, cavabdehin borc məbləğini ödədiyini bildirib işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.01.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər..
Məhkəmə qərarları › İş №e-2(056)-2568/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2568/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver