Məhkəmə qərarları › İş №e-2(056)-2583/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2583/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2583/2025 13.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı SOYUDUCU BEKO, ZƏMANƏT 2 İL xidməti müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 24 ay, aylıq ödəniş 64.96 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1559.04 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı İmei kodu **********66946 XİAOMİ REDMİ 14 C markalı telefon müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 19.33 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 374.94 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, XİAOMİ REDMİ BUDS 4 qulaqlıq müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 12 ay, aylıq ödəniş 10 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 120 manat müəyyənləşdirilmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

13. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunan müqavilələr üzrə cavabdehin 1976.74 manat ödənilməmiş hissə, 23.60 manat rüsum, 197.67 manat cərimə pulu olmaqla, ümumilikdə, 2198.01 manat borcu yaranmışdır.

14. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 3 iş günü ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

15. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BEKO, ZƏMANƏT 2 İL xidməti üçün, 1559.04 (min beş yüz əlli doqquz manat 04 qəpik) manat ödənilməmiş hissə,155.90 (yüz əlli beş manat, 90 qəpik) manat cərimə, xx.xx.2025-ci il il tarixli müqaviləyə əsasən, İmei kodu **********66946 XİAOMİ REDMİ 14 C markalı telefon üçün, 347.94 (üç yüz qırx yeddi manat,94 qəpik) manat ödənilməmiş hissə,İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum,34.79 (otuz dörd manat, 79 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, XİAOMİ REDMİ BUDS 4 qulaqlıq üçün 69.76(altımış doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, 6.98 (altı manat,98 qəpik) manat cərimə, ümumilikdə 2198.01 manat borc, 41.99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddianın əsaslarına görə, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU BEKO, ZƏMANƏT 2 İL xidməti, İmei kodu **********66946 XİAOMİ REDMİ 14 C markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, XİAOMİ REDMİ BUDS 4 qulaqlıq almış və nəticədə 2198.01 (iki min yüz doxsan səkkiz manat, 01 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1559.04 (min beş yüz əlli doqquz manat, 04 qəpik) manat (24 ay x 64.96 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU BEKO, ZƏMANƏT 2 İL xidməti üçün ümumilikdə, 1714.94 (min yeddi yüz on dörd manat,94 qəpik ) manat olmaqla ondan, 1559.04 (min beş yüz əlli doqquz manat 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 155.90 ( yüz əlli beş manat, 90 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 347.94 ( üç yüz qırx yeddi manat,94 qəpik) manat (18 ay x 19.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********66946 XİAOMİ REDMİ 14 C markalı telefon üçün ümumilikdə, 406.51 (dörd yüz altı manat, 51 qəpik) manat olmaqla ondan, 347.94 (üç yüz qırx yeddi manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 34.79 (otuz dörd manat, 79 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, XİAOMİ REDMİ BUDS 4 qulaqlıq üçün ümumilikdə, 76.74 (yetmiş altı manat, 74 qəpik) manat olmaqla ondan, 69.76 (altımış doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.98 (altı manat,98 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50.24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

b) iddiaya etiraz

17. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

22. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

23. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh SOYUDUCU BEKO, ZƏMANƏT 2 İL xidməti almış, kredit müqaviləsinin müddəti 24 ay, aylıq ödəniş 64.96 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1559.04 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh İmei kodu **********66946 XİAOMİ REDMİ 14 C markalı telefon almış, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 19.33 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 347.94 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən XİAOMİ REDMİ BUDS 6 qulaqlıq, XİAOMİ REDMİ BUDS 4 qulaqlıq almış, kredit müqaviləsinin müddəti 12 ay, aylıq ödəniş 10 manat olmaqla, toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 120 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

24. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1559.04 manat ödənilməmiş hissə, 155.9 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 347.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 34.79 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 69.76 manat ödənilməmiş hissə, 6.98 manat cərimə olmaqla, ümumilikdə 2198.01 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

25. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.

26. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

27. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

28. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da müqavilələr üzrə əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 155.9 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 34.79 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 6.98 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

29. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 41.99 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, rüsum, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1559.04 manat ödənilməmiş hissə, 155.9 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 347.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 34.79 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 69.76 manat ödənilməmiş hissə, 6.98 manat cərimə olmaqla, ümumilikdə 2198.01 manat və ödənilmiş 41.99 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar