Məhkəmə qərarları › İş №e-2(056)-2626/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2626/2025

04.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2626/2025 04.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı ’’İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2175.40 manat borcun (abonent kodu: **********000) və 41.76 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, ərizə ərazi aidiyyəti pozulmaqla verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ərizədə Cavabdeh qeydiyyat ünvanı olaraq ünvan 1ülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, ərazi aidiyyəti pozulmaqla verildiyinə görə iddia ərizəsi geri qaytarılmalı,həmçinin, ərizəçi tərəfindən AsanPay vasitəsilə ********** saylı qəbz əsasında ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə AsanPay vasitəsilə ********** saylı qəbz əsasında ödənilmiş 41,76 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar