Məhkəmə qərarları › İş №e-2(056)-2790/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2790/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2790/2025 27.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə 27 oktyabr 2025-ci il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SOAC kondisioner üçün 520.90 manat ödənilməmiş hissə, 52.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET L XİDMƏTİ, CASE, İMEİ KODU **********61942 SAMSUNG GALAXY A24 markalı telefon üçün 491.20 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 49.12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********45213 OPPO A78 markalı telefon üçün 325.10 manat ödənilməmiş hissə, 32.51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN TV, YUPİTER TV asqı üçün 213.90 manat ödənilməmiş hissə, 21.39 manat cərimə, ümumilikdə 1729.81 manat borcun və 37.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, HOFFMANN SOAC kondisioner, PAKET L XİDMƏTİ, CASE, İMEİ KODU **********61942 SAMSUNG GALAXY A24 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********45213 OPPO A78 markalı telefon, HOFFMANN TV, YUPİTER TV asqı almış və nəticədə 1729.81 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 640.08 manat (18 ay x 35.56 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SOAC kondisioner üçün ümumilikdə, 572.99 manat olmaqla ondan, 520.90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577.98 manat (18 ay x 32.11 manat + 0 manat ilkin ödəniş) olan PAKET L XİDMƏTİ, CASE, İMEİ KODU **********61942 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 563.92 manat olmaqla ondan 491.20 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 49.12 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 835.92 manat (18 ay x 46.44 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********45213 OPPO A78 markalı telefon üçün ümumilikdə, 357.61 manat olmaqla ondan, 325.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 423 manat (18 ay x 23.50 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TV, YUPİTER TV asqı üçün ümumilikdə, 235.29 manat olmaqla ondan, 213.90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 925.88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə HOFFMANN SOAC kondisioneri alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04078409 nömrəli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə PAKET L XİDMƏTİ, CASE, İMEİ KODU **********61942 SAMSUNG GALAXY A24 markalı telefonu alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03468030 nömrəli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********45213 OPPO A78 markalı telefonu alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12088253 nömrəli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə HOFFMANN TV, YUPİTER TV asqını alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 119.18 manat ödəniş etmiş, hazırda onun 520.90 manat ödənilməmiş hissə və 52.09 manat dəbbə pulu, cəmi 572.99 manat borcu; Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 86.78 manat ödəniş etmiş, hazırda onun 491.20 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 49.12 manat dəbbə pulu, cəmi 563.92 manat borcu; Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 510.82 manat ödəniş etmiş, hazırda onun 325.10 manat ödənilməmiş hissə və 32.51 manat dəbbə pulu, cəmi 357.61 manat borcu, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 209.10 manat ödəniş etmiş, hazırda onun 213.90 manat ödənilməmiş hissə və 21.39 manat dəbbə pulu, cəmi 235.29 manat borcu, ümumilikdə 4 müqavilə üzrə İddiaçı MMC-yə 1729.81 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Müqavilələrin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Nisyə Alqı-Satqı Müqavilələrindən yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli (nisyə alqı-satqı) Müqavilələr əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC hər müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ümumilikdə dörd müqavilə üzrə cəmi 1706.21 AZN borc cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin İnnovativ Layihələr Mərkəzi Rüsumunun əvəzi 23.60 manat pulun cavabdehdən tutulması hissəsində iddiaçı təşkilat sübut təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddianın qismən təmin olunduğu nəzərə alınaraq, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 33 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nın 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 520.90 AZN əsas borc və 52.09 AZN cərimə (dəbbə) borcu; xx.xx.2024-cü il tarixli, 04078409 nömrəli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 491.20 AZN əsas borc və 49.12 AZN cərimə (dəbbə) borcu; xx.xx.2024-cü il tarixli, 03468030 nömrəli (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 325.10 AZN əsas borc və 32.51 AZN cərimə (dəbbə) borcu; xx.xx.2024-cü il tarixli, 12088253 nömrəli Müqavilə üzrə yaranmış 213.90 AZN əsas borc və 21.39 AZN cərimə (dəbbə) borcu olmaqla ümumilikdə 1706.21 (bir min yeddi yüz altı manat iyirmi bir qəpik) AZN borc və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) AZN hissəsi Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar