Məhkəmə qərarları › İş №e-2(056)-2833/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2833/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2833/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən, İmei kodu **********75080 olan Xiaomi Redmi 12C markalı telefon, Vinil şəffaf 2 ədəd, Plyonka istehsalı 2 ədəd üçün 137,43 manat ödənilməmiş hissə, 13,57 manat cərimə; xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən, qaynaq aparatı Powerfull üçün 131,12 manat ödənilməmiş hissə, 13,88 manat cərimə; ümumilikdə 296 manat borc və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, ‘‘ABC TELECOM" MMC ilə bağladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən, İmei kodu **********75080 olan Xiaomi Redmi 12C markalı telefon, Vinil şəffaf 2 ədəd, Plyonka istehsalı 2 ədəd və Qaynaq aparatı Powerfull almış və nəticədə 296 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 468,96 manat (12 ay x 39,08 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********75080 olan Xiaomi Redmi 12C markalı telefon, Vinil şəffaf 2 ədəd, Plyonka istehsalı 2 ədəd üçün ümumilikdə 151 manat olmaqla, ondan 137,43 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,57 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414,54 manat (18 ay x 23,03 manat + 0 manat ilkin ödəniş) olan Qaynaq aparatı PowerFul üçün ümumilikdə 145 manat olmaqla, ondan 131,12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 13,88 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 614,95 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03304254№-li Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 12 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kodu **********75080 olan Xiaomi Redmi 12C markalı telefon, Vinil şəffaf 2 ədəd, Plyonka istehsalı 2 ədəd alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03723644№-li Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Qaynaq aparatı, PowerFulu alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03304254№-li müqavilə üzrə 614,95 manat ödəniş etmiş, hazırda onun 137,43 manat ödənilməmiş hissə və 13,57 manat dəbbə pulu, cəmi İddiaçı MMC-yə 151 manat borcu mövcuddur. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03723644№-li müqavilə üzrə 614,95 manat ödəniş etmiş, hazırda onun 131,12 manat ödənilməmiş hissə və 13,88 manat dəbbə pulu, cəmi İddiaçı MMC-yə 145 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03304254№li və xx.xx.2023-cü il tarixli 03723644№-li Müqavilənin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03304254№li və xx.xx.2023-cü il tarixli 03723644№li Nisyə Alqı-Satqı Müqaviləsindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03304254№li və xx.xx.2023-cü il tarixli 03723644№-li (nisyə alqı-satqı) Müqavilə əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03304254№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 137,43 manat əsas borc və 13,57 manat cərimə (dəbbə) borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03723644№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 131,12 manat əsas borc və 13,88 manat cərimə (dəbbə) borcu və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar